Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gürcüstanın “Kommersant” nəşri: “Qarabağ regionu investisiya mərkəzinə çevrilir”

“Qarabağ regionu investisiya mərkəzinə çevrilir. Rusiya, Türkiyə və digər ölkələrdən olan sərmayəçilər Qarabağın investisiya mühitindən yararlanmağa yönəliblər”.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın “Kommersant” (www.commersant.ge) biznes nəşrinin “Kapital Qarabağa yönəlir - işğala son qoyularsa, Suxumi və Tsxinvalinin investisiya potensialı necə olar” başlıqlı məqaləsində yer alıb.

Müəllif qeyd edib ki, investorlar Qarabağda energetika və sənaye sahələrindən tutmuş aqrar sektora qədər müxtəlif layihələrdə iştirak etməyə hazırdırlar.

Məqalədə Gürcüstanın barışıq və vətəndaş bərabərliyi üzrə keçmiş dövlət naziri Paata Zakareişvilinin mövzu ilə bağlı rəyi də yer alıb. Onun sözlərinə görə, Abxaziyanın kifayət qədər böyük investisiya potensialı var: “Lakin yalnız münaqişənin həllindən sonra işğalda olan ərazilərin inkişafı və iqtisadi tərəqqisindən danışmaq mümkündür”.

Ekspert Gürcüstanın münaqişəni həll etməsi ilə bağlı hələ perspektivlər görmədiyini vurğulayıb: “Gürcüstan bunun üçün heç nə etmir. Əgər heç nə etmirsənsə, heç bir nəticə də olmur”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar