Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Gündüz İsmayılov: Ölkədəki dini ədəbiyyatın böyük qismi tərcümədir

Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflər idisə, bu il həmin rəqəm 23 faiz olub

Bu göstərici bizi qane etmir.

Bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda ölkədə 42 rəsmi dini mağaza fəaliyyət göstərir:

“Dini mağazalara icazələrin verilməsi proseduru davam etdirilir. Ölkədə çap olunan dini ədəbiyyatın böyük hissəsi, əsasən, tərcümə olunanlardır. Hədəfimiz xaricdən ölkəyə idxal olunan dini ədəbiyyatın azalması fonunda ölkədə yerli müəlliflər tərəfindən yazılan dini ədəbiyyatların sayını artırmaqdır.

Bu istiqamətdə xeyli işlər görülüb. Əgər keçən il ölkədə çap olunan dini ədəbiyyatların yalnız 14 faizi yerli müəlliflər idisə, bu il həmin rəqəm 23 faiz olub. Bu göstərici bizi qane etmir”.

Gündüz İsmayılov bildirib ki, zərərli dini ədəbiyyatların ölkəyə gətirilməsi və bunun qarşısını almaq əsas hədəf deyil:

“Əsas odur ki, yerli müəlliflərin sayını artıraq. Çünki xaricdə hazırlanan dini ədəbiyyat həmin ölkənin həyat tərzini, xalqın dünyaya baxış bucağını özündə ehtiva edir. Bu nöqteyi nəzərdən dini ədəbiyyatın böyük əksəriyyəti yerli müəlliflər tərəfindən hazırlanmalıdır. Komitənin maliyyə vəsaiti hesabına 100-dən artıq adda dini ədəbiyyat ölkədə çap olunub.

Hər zaman dini ədəbiyyat və ləvazimatlar satan mağazalara nəzarət edilir. Əvvəlki illərlə müqayiqəsədə, bu gün ölkədə zərərli dini ədəbiyyatların sayı kifayət qədər azalıb”.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar