Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Goranboyun icra başçısının Ağstafa yeyintiləri... - Foto

Ağstafa Rayon İcra Hakimiyyəti rayondakı Bayraq Meydanında aparılan abadlıq-quruculuq işləri ilə bağlı məlumat yayaraq görüntülər paylaşıb. Amma yayılan rəsmi məlumatla yeni çəkilmiş fotolar ziddiyyət təşkil edir

Bu ilin 29 iyul tarixində Ağstafa RİH-in yaydığı məlumatda bildirilir ki, 2012-ci ildə inşa olunan Bayraq Meydanına mərmər plitələr və tamet üzlüklər döşənib, meydanda geniş abadlıq işləri aparılıb, yaşıllıq zolağı salınıb. Burada müxtəlif növ gül və bəzək kollarının əkildiyi, müasir işıqlandırma sistemi quraşdırıldığı bildirilir.

RİH-in yaydığı görüntülərdən aydın olur ki, meydanın ətrafında mərmər plitələr və tamet üzlüklər döşənsə də, abadlıq-quruculuq işləri kor-təbii şəkildə aparılıb.

Belə ki, Bayraq Meydanı ətrafında mərmər plitələr və tamet üzlüklər şəkillərdən göründüyü kimi, qoparaq dağılıb. Üzlüklərin üzərini isə ot basıb. Yəni, Ağstafa RİH-in 2012-ci ildə salınan Bayraq Meydanı ətrafında dövlət büdcəsi hesabına apardığı “abadlıq-quruculuq işləri” heç bir standarta uyğun deyil.

Ötən illərin görüntüləri ilə müqayisədə burada yaşıllıq da salınmayıb, əksinə, meydanın ətrafında salınan çəmənliklər quruyub.

Qeyd edək ki, sosial şəbəkələrdə Ağstafa rayonunun girişində abidənin üzərində rayonun adının “Ağtafa” yazılması da müzakirələrə səbəb olub. Bildirilir ki, bu yazılışa da rayonun icra başçısı Nizaməddin Quliyev qərar verib.

Təəssüf ki, Reyting.az-ın əməkdaşının Ağstafa RİH-in başçısı və digər aidiyyəti şəxslərlə əlaqə saxlamaq cəhdləri alınmaıb.

Onların da məsələyə münasibətinə yer ayırmağa hazırıq.

PİA.az xatırladır ki, Ağstafaya hazırda yeni başçı rəhbərlik edir. Bütün bu yeyinti faktının aşkarlandığ dönəmin icra başçısı olan Məhərrəm Quliyev isə hazırda Goranboy RİH rəhbəri postunu tutmaqdadır.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar