Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Əflatun Amaşov Əli Həsənovun vəzifədən azad olunmasından danışdı

Əli Həsənov illər ərzində tutduğu vəzifəyə hörmət gətirib, dövlətçilik ruhu verib...

“Ölkə Prezidentinin qəbul etdiyi qərar müzakirə olunmazdır, mütləqdir. Ən doğruları bilən, hər kəsin əməyini ən doğru şəkildə qiymətləndirən odur. İnsan fərqi yoxdur, harada olur-olsun, hansı sahədə çalışır-çalışsın, əsas olan onun dövlətinə, öz rəhbərinə, əqidəsinə, tutduğu yola sadiqliyidir. Əli Həsənov da məhz bu keyfiyyətlərin daşıyıcısıdır”.

PİA.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov deyib.

Ə.Amaşov qeyd edib ki, Əli Həsənov illər ərzində tutduğu vəzifəyə hörmət gətirib, dövlətçilik ruhu verib: “Bu cür adamların yetişməsi asan proses deyil. Tam əminəm ki, Əli müəllim gələcəkdə də tutduğu yola daim sədaqətli olacaqdır. Yol isə dəyişməzdir - Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi, Prezident İlham Əliyevin uğurla icra etdiyi nəsillərə layiqli miras kimi qalacaq şərəfli, böyük yol”.

Qeyd edək ki, Prezident İlham Əliyevin noyabrın 29-da imzaladığı sərəncamla Əli Həsənov Azərbaycan Respublikası Prezidentinin ictimai siyasi məsələlər üzrə köməkçisi - şöbə müdiri vəzifəsindən azad edilib.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar