Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Deputat CV-sinə nazir Hüseynqulu Bağırovun xalası qızı olduğunu niyə yazdı?

Milli Məclisə VI çağırış deputat seçilən Afət Həsənova bu dəfə öz tərcümeyi-halında yazdığı bir cümlə ilə gündəmə gəlib.

Deputat CV-sinə özü və fəaliyyəti haqqında məlumatları əlavə edib. Bura qədər hər şey normal olsa da, Afət Həsənovanın sonda sabiq Ekologiya və Təbii Sərvətlər naziri Hüseynqulu Bağırovun xalası qızı olduğunu xüsusilə vurğulaması işləri korlayıb.

Afət Həsənova bununla sanki özünü sabiq nazirin kölgəsi kimi hiss etdirib. Təəssüflər olsun ki, Azərbaycanda məmurlar arasında qohumbazlıq, yerlipərəstlik, daha üstün vəzifə sahibləri ilə “qohum” olmaq ənənələri hələ də öz aktuallığını qoruyub saxlayır.

Görünür, deputat Afət Həsənova da öz şəxsi tərcümeyi-halına heç bir aidiyyatı olmayan bu məlumatı daxil etməklə daha böyük dividentlər qazanacağını, sanki bütün qapıların onun üzünə açılacağını düşünüb. Əks halda öz CV-sinə Hüseynqulu Bağırovun qohumu olduğunu niyə əlavə etsin ki… (konkret.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar