Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Böyük Britaniya Ukraynaya tank əleyhinə silahların göndərilməsinə başlayıb

Böyük Britaniya Ukraynanın potensial işğalına qarşı özünümüdafiə qabiliyyətinin yüksəldilməsi məqsədi ilə bu ölkəyə tank əleyhinə silahların tədarükünə başlayıb. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Böyük Britaniyanın müdafiə naziri Ben Uolles parlamentdə bildirib.

“Biz Ukraynaya zirehli maşınlar əleyhinə yüngül müdafiə sistemlərinin tədarükü barədə qərar qəbul etmişik”, - deyə nazir vurğulayıb.

Ben Uolles qeyd edib ki, tədarükün ilk hissəsi artıq Ukraynaya çatdırılıb və britaniyalı kiçik bir heyət bu silah sistemlərindən istifadəyə dair Ukrayna hərbçilərinə qısamüddətli təlim keçəcək.

Nazir Ukraynaya göndərilən silahların sayını və növünü açıqlamayıb, bununla belə qeyd edib ki, müdafiə məqsədi ilə istifadə edilən bu sistemlər strateji silahlar deyil və Rusiya üçün təhdid təşkil etmir.

“Onlar qısa məsafəlidirlər. Əgər tanklar Ukraynaya onun işğal edilməsi üçün sürülərs, bu silahlar müdafiə mexanizminin bir hissəsi olacaq”.

Ukraynanın müdafiə naziri Aleksey Reznikov paylaşdığı tvitində Ben Uollesin bəyanatını alqışladığını bildirib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar