Biləsuvar rayonunda ağır yol qəzası baş verib.
"Report"un Muğan bürosunun məlumatına görə, hadisə Biləsuvar- Bəhramtəpə avtomobil yolunun Biləsuvarın Çaylı kəndindən keçən hissəsində qeydə alınıb. Belə ki, minik avtomobili aşaraq su kanalına düşüb. İlkin məlumata görə, qəza nəticəsində 1 nəfər ölüb, daha 2 nəfər yaralanıb. Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
pia.az