Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində mobil səyyar hospital xidmətə başlayıb

Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib...

Son vaxtlar İran İslam Respublikasında müşahidə olunan koronavirus epidemiyasına qarşı gömrük-sərhəd buraxılış məntəqələrində həyata keçirilən qabaqlayıcı tədbirlərin gücləndirilməsi, bu xəstəliyə yoluxmalarına şübhə yaranan şəxslərin vaxtında aşkarlanması və tibbi təxliyyəsi üzrə Dövlət Gömrük Komitəsi tərəfindən müvafiq işlər, o cümlədən lazımi sanitar-profilaktik və dezinfeksiya tədbirləri həyata keçirilir.

Gömrük Komitəsindən verilən məlumata görə, İranda yayılan koronavirus epidemiyasına qarşı mübarizə tədbirləri çərçivəsində Cənub Ərazi Baş Gömrük İdarəsinin AstaraBiləsuvar gömrük-sərhəd buraxılış məntəqələrində də profilaktik tədbirlər və dezinfeksiya işləri aparılır. Belə ki, Biləsuvar gömrük-sərhəd buraxılış məntəqəsində həyata keçirilən qabaqlayıcı tədbirlərin daha da gücləndirilməsi məqsədi ilə Dövlət Gömrük Komitəsi sədrinin sərəncamına əsasən Komitənin Tibbi Xidmət İdarəsinin mobil səyyar hospitalı və müvafiq tibbi heyəti bu gömrük-keçid məntəqəsinə ezam olunub. Eyni zamanda, Astara gömrük-sərhəd keçid məntəqəsi də Tibbi Xidmət İdarəsinin müvafiq tibbi heyəti ilə gücləndirilib.

Məlumat üçün bildirək ki, Tibbi Xidmət İdarəsinin iki yataq yeri olan mobil səyyar hospitalı həkim heyəti ilə birlikdə Biləsuvar gömrük postuna artıq təhkim olunub və fevralın 25-dən etibarən xidmətə başlayıb. Mobil səyyar hospital vasitəsilə zərurət yarandıqda infeksion xəstəliyə şübhəli olan vətəndaşlar tibbi baxışdan keçirib, sonradan TƏBİB-in müvafiq strukturlarına təhvil veriləcək. Eyni zamanda, mobil hospitalda iki yataq xəstəsinə tibbi yardım göstərmək imkanı da mövcuddur.

Biləsuvar gömrük-sərhəd keçid məntəqəsində görülən tədbirlər profilaktik məqsədlərlə həyata keçirilir. Hazırda ölkə vətəndaşlarının zərurət yaranmadıqca İrana səyahət etməmələri tövsiyə olunur.

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar