Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bəzi məhsulların gömrük rüsumları sıfırlandı

Baş nazir Əli Əsədov “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə dəyişiklik edib...

PİA.az xəbər verir ki, Nazirlər Kabinetinin 2017-ci il 17 noyabr tarixli 500 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının xarici iqtisadi fəaliyyətin mal nomenklaturası, idxal gömrük rüsumlarının dərəcələri və ixrac gömrük rüsumlarının dərəcələri”ndə aşağıdakı dəyişikliklər edilib:

- 3206 11 000 0, 3402 11 900 0, 3901 10 100 0, 3920 43 100 0, 4804 51 000 0, 5307 10 000 0, 5402 53 000 0 və 5402 62 000 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “15” rəqəmi “0” rəqəmi ilə əvəz edilsin;

- 7202 11 200 0, 7202 11 800 0, 7202 19 000.0, 7202 21 000 0, 7202 29 100 0, 7202 29 900 0, 7202 30 000 0, 7202 41 100 0, 7202 41 900 0, 7202 49 100 0, 7202 49 500 0 və 7202 49 900 0 alt yarımmövqelərinə aid sətirlərin “Tarif dərəcəsi (gömrük dəyərinə görə faizlə və ya ölçü vahidinə görə ABŞ dolları ilə)” sütununda “0 (1000 kq 5 ABŞ dolları*)” sözləri “0” rəqəmi ilə əvəz edilsin.

- Bu Qərar dərc edildiyi gündən 30 (otuz) gün sonra qüvvəyə minir.

- Bu Qərarın 1.1-ci bəndi 2 (iki) il müddətində qüvvədədir.

Qeyd edək ki, gömrük rüsumları sıfırlanan məhsullar sözügedən qanunda “Tllantılar, yonqarlar və skrap; yarımfabrikatlar; məmulatlar”, “Aşllaylcl və boyaylcl ekstraktlar; tannlnlər və onlarln törəmələri; boyaqlar, piqmentlər və digər boya maddələri; boyalar və laklar; şpaklovka və digər mastikalar; poliqrafiya boyalarl, mürəkkəblər, tuş”, “Digər bitki mənşəli tekstil lifləri; kağız iplik və kağız iplikdən parçalar”, “Kimyəvi saplar, kimyəvi tekstil materiallarından yastı və analoji saplar”, “İlkin məhsullar; qranullar və ya toz formasında məhsullar” bölmələrində olan bir sıra mallara şamil edilib. (Yenisabah.az)

pia.az

 




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar