Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Baş Nazir kənd inzibati ərazi dairələrilə bağlı qərar imzalayıb

Baş Nazir Əli Əsədov Kənd inzibati ərazi dairələrinin təsərrüfatbaşına uçot sənədlərinin çap edilməsi və onların 2021-2025-ci illər üçün açılması barədə qərar imzalayıb.

PİA.az xəbər verir ki, Nazirlər Kabineti Konstitusiyanın 119-cumaddəsinin səkkizinci abzasını rəhbər tutaraq, 2020-ci ildə kənd inzibati ərazi dairələrində təsərrüfatbaşına uçot sənədlərinin müddətinin başa çatdığını və 2021-2025-ci illər üçün onların yenidən çap edilməsi zərurətini nəzərə alaraq qərara alır:

1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi yeni təsərrüfatbaşına uçot sənədlərini çap etdirərək, 2020-ci il noyabrın 1-dək müvafiq bölgü əsasında Azərbaycan Respublikasının rayon (şəhər) icra hakimiyyəti başçılarının kənd inzibati ərazi dairələri üzrə nümayəndəliklərinə çatdırılmasını təmin etsin.

2. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti, rayon (şəhər) icra hakimiyyətləri 2021-2025-ci illər üçün yeni təsərrüfatbaşına uçot sənədlərinin tətbiqini Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi tərəfindən təsdiq edilmiş təsərrüfatbaşına uçotun aparılmasına dair göstərişlərə uyğun təmin etsinlər.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yeni təsərrüfatbaşına uçot sənədlərinin çapının 2020-ci ilin dövlət büdcəsində Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi üzrə bu məqsəd üçün nəzərdə tutulmuş vəsait hesabına maliyyələşdirilməsini təmin etsin.(Report)

pia.az

 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar