Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Barışmaz” Əli Kərimli iqtidara işləyir…


“ Məni özünə düşmən bilən, söyən, təhqir edən bu radikallarla necə dialoqa gedim, necə siyasi islahat aparım ” – prezidentə bu arqumenti verən “qəhrəman”ı xalq tanımalıdır!


Müsavat Partiyası ilə AXCP arasında savaş getdikcə şiddətlənir. Görünən budur ki, bu savaş hələ uzun çəkəcək; ən azı 2015-ci ilin parlament seçkilərinə qədər. Bəlkə ondan sonra da uzandı...
Hazırda Əli Kərimli Cəbhəsi Müsavat Partiyasından daha çox “Yeni Müsavat” qəzetini hədəfə alıb. Elə iyrənc ifadələr qalmayıb ki, haqqımızda səsləndirməsinlər. Onlar müstəqil bir qəzeti terror və şantaj eləməklə məşğuldurlar. Əgər hakimiyyət hazırda “Yeni Müsavat”ı iqtisadi cəhətdən sıxırsa, AXCP və onun real-virtual dəstəsi qəzetimizi, onun rəhbərliyini, konkret olaraq, baş redaktorunu mənəvi-siyasi terrora məruz qoyur. Əli Kərimlinin dirijor çubuğu ilə özünü tanımayan bir dəstə üstümüzə tökülüb. Onlar bizi təhqir və təhdid edirlər, gözdən salmaq təşəbbüsləri göstərirlər, barələrində tənqid yazan müxbirləri, yazarları Facebook-da ləkələməyə çalışırlar. Dözülməzdir. Mən, şəxsən bu həftə tələb edəcəm ki, “Yeni Müsavat”ın əməkdaşları AXCP qərargahı qarşısında piket keçirtsinlər. Şüar da belə olsun: “Əli Kərimli, əlini qəzetimizdən və yazarlardan çək”...
 
Əli Kərimli “Azadlıq” qəzetini özünün ruporuna, qazanc yerinə, həm də kommunistcəsinə təbliğat vasitəsinə çevirməyi bacarıb. Artıq “Azadlıq” qəzet yox, Əli Kərimlinin böhtan, tüpürcək, həm də pul makinasıdır. Tarixi bir media quruluşunu bu hala salan və onun günahını daşıyan da Əli Kərimlinin özüdür. Bu qəzetin qurucularından olan Ədalət Tahirzadə təsadüfən demədi: “Görün bunlar Nəcəf Nəcəfovun qəzetini nə günə qoydular”... Qəzet Kərimliyə biət etməyən hər kəsə nifrət və iftira istehsal edir; cəmiyyətdə terror havası yaradır; “satqın”, ya da “qəhrəman” titulları paylayır. Təhrif qafalı “demokratlar” - AXCP rəhbərləri istəyirlər ki, “Yeni Müsavat” da bu cür olsun;  ya ümumiyyətlə olmasın, ya da bunların tabeçiliyində, əmrində çalışsın. Müxalifətin və demokratik düşərgənin, ümumiyyətlə demokratik düşüncənin əsas siması olan İsa Qəmbərə dəstək verən qəzet onların gözünün və sözünün düşmənidir. 

Müxalifətin, o cümlədən də AXCP-nin hakimiyyətə gələ bilməməsinin günahı ayrıca götürülmüş bir qəzetdə deyil, ola da bilməz. Günah, AXCP lideri mandatını 14 il daşıyıb, ortaya heç bir nəticə qoymayanlardadır. “Yeni Müsavat” demokratik düşərgənin ən uğurlu və uzunömürlü layihəsidir; ən ağır şərtlər altında 24 il 3 aydır ki, yaşayır, yayın yapır, söz azadlığı uğrunda mücadilə verir. Bu qəzetin qurucusu və baş redaktoru iki dəfə həbsdə olub. Əli Kərimlinin sığallı həyatından fərqli olaraq, biz jurnalistlər daim ölüm təhlükəsi altında işləmişik. Guya rejimə qarşı əsas mübariz Əli Kərimlidir; lakin son 15 ildə bu adam bir dəfə də həbs olunmayıb. Niyə? Səbəb nədir? Hakimiyyət “ən radikal”, “ən bərkgedən” rəqibini niyə tutmur; lakin gəncləri, qəzetçiləri, Müsavat başqanının müavin və müşavirlərini həbs edir, onların üzərində məhkəmə qurur? 

Kimdir indi iqtidara işləyən? Kim sərf edir hazırda bu rejimə? Ölkə müxalifətinin iqtidarla düşmən obrazını yaradıb, Azərbaycan demokratiyasını barışmaz, islah olunmaz, danışıqlara-dialoqa yaramaz bir durumda Qərbə təqdim etmək qəhrəmanlıq yox, xəyanətin yekəsidir.  Bununla da prezident Əliyevə “məni özünə düşmən bilən, söyən, təhqir edən bu radikallarla necə dialoqa gedim, necə siyasi islahat aparım”, arqumentini verən Əli Kərimli bu gün Azərbaycan demokratiyasının gerçək, həm də təəssüf ki, gələcək fəlakətidir. Hətta ola bilər ki, o, bu rolu üçün iqtidarla anlaşıb da. Çünki bu gün mövcud iqtidara Əli Kərimlinin “barışmaz” xətti qədər faydalı ola biləcək ikinci bir amil yoxdur. 

Elşad MƏMMƏDLİ


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Digər yazıları

Ermənilər daxili savaşa başladılar; yeni hakimiyyət davası - kriminal klanlar, ac və qəzəbli xalq...

“Barışmaz” Əli Kərimli iqtidara işləyir…

Ən çox oxunanalar