Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Bakıdakı bəzi məscidlərin sənədlərində problemlər var” – Mübariz Qurbanlı

"Çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər”

“Bu gün Bakıda təyinatı olmayan məscidlər demək olar kı, yoxdur. Bəziləri də var ki, sənədlərində müəyyən problemlər var. Çalışırıq ki, onlar da qanuni fəaliyyət göstərsinlər”. Bunu jurnalistlərə açıqlamasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, Azərbaycanda insanların məscidlərdə keçirilən dini ayinlərdə iştirakı ilə bağlı monitorinq aparılır: “Aparılan monitorinqlər onu göstərir ki, Azərbaycan əhalisinin təxminən 7-8 faizi dini ayinlərini məscidlərdə icra edirlər. Bakının 134 məscidində aparılan monitorinqlərin nəticələri də eyni statistikanı ortaya qoyub. Bu o demək deyil ki, ölkədə əhalinin dinə olan münasibəti fərqlidir və ya dini ayinləri icra etmir. İnsanlar dini ayinləri adətən öz evlərində həyata keçirir və onların dini ayinlərin harada icra etməsi şəxsi seçimləridir. Burada heç bir məcburiyyət yoxdur və heç kim irad tuta bilməz”.

Dövlət Komitəsinin sədri qeyd edib ki, hazırda bütün məscidlərdə Qafqaz Müsəlmanları İdarəsinin təyin etdiyi imamlar var: “Vəhdət namazı qılınan məscidlərdə isə iki imam təyin olunur və onlar da növbəli şəkildə bu namazı həyata keçirir. Elə məscidlər var ki, orada imam, onun köməkçisi, və ya mütəvəlli də var”.(Report)

pia.az

 



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar