Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakıda təkrar mənzil bazarı ucuzlaşıb

Yay aylarında mənzil bazarında nisbi ucuzlaşma hiss olunur

Yay ayları olduğu üçün ümumiyyətlə mənzil bazarında nisbi ucuzlaşma hiss olunur.Konkret olaraq yay ərəfəsində - mayda Bakının təkrar mənzil bazarında qiymətlər aprel ayı ilə müqayisədə artıq 1,8 faiz azalıb, ötən ilin may ayı ilə müqayisədə isə 5,1 faiz artıb.

Bunu Trend-ə "MBA Group" konsaltinq şirkətindən bildiriblər.

Bu ilin mayında mənzilin bir kvadrat metri üçün orta qiymət 1008 dollar təşkil edib, ötən ilin eyni dövründə isə bu göstərici 959 dollara bərabər olub.

Təkrar bazarda ekonom tipli mənzillərin qiyməti bu ilin mayında bir kvadrat metr üçün 712 dollar təşkil edib. Ötən ilin aprelində bu rəqəm 767 dollar olub.

Təkrar mənzil bazarında satışa çıxarılan mənzillərin 35,9 faizi üçotaqlı, 30,2 faizi ikiotaqlı, 13 faizi birotaqlı mənzillər olub.

Dörd və daha çox otaqlı mənzillərin payı 20,8 faiz təşkil edib.

Bakıda təkrar mənzillər daha çox Yasamal (23,9 faiz), Nərimanov və Binəqədi (17,2 faiz), Xətai (16,7 faiz) və Nəsimi rayonlarında (14,5 faiz) satışa çıxarılıb.

Pia.az


Etiket: mənzil bazarı

Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar