Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Bakı Zooparkında “dövlət sirri”: Təmir haqqında məlumatlar niyə gizlədilir?

Bu ilin fevral ayından Bakı Zooparkı təmirə bağlanıb

PİA.az bildirir ki, Qaynarinfo-nun əməkdaşı yenidənqurma işlərinin gedişatından xəbər tutmaq, reportaj hazırlamaq üçün Zooparka yollanıb.

Əvvəlcə telefon vasitəsi ilə əlaqə saxlamağa cəhd göstərsək də, zənglərimizə cavab verən olmadı. Üz tutduq təmir işləri aparılan əraziyə. Lakin giriş qapısının yanında əyləşən və vəzifəsinin nə olduğunu açıqlamayan bir bəy girişin qadağan olduğunu dedi. Ərazinin bağlı olduğunu, mətbuata açıq olmadığı və kimsənin açıqlama verməsinə, şəkil çəkməsinə icazə olmadığını qeyd etdi.

Heç olmasa təmir işlərinin nə zamana kimi davam edəcəyi ilə bağlı sualımıza cavab verəcəyinə ümid etdik. Lakin həmin şəxs israrla zooparka aid bütün məlumatların gizli olduğunu vurğuladı. Hətta bir sıra telekanalların da çəkiliş üçün müraciətinə rədd cavabı verildiyini bildirdi. Bir sözlə Bakı Zooparkında gedən işlər “dövlət sirri” kimi gizli saxlanılır.

Bu qədər çək-çevirdən sonra israr etməyin mənasız olduğunu görüb, zoopark ərazisinin ətrafını saran plakatların arxasından bir neçə kadr çəkməyə çalışdıq.

Ancaq az-çox göründüyü kimi fevraldan təmirə bağlanan zooparkda elə də ciddi iş görülməyb.

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar