Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Avrokomissiya yaxın iki ayda Azərbaycanla yeni saziş bağlamağa ümid edir

Avropa Komissiyası yaxın iki ayda Azərbaycanla yeni tərəfdaşlıq sazişi bağlamağa ümid edir

Bu barədə Avropa Komissiyasındakı mənbələr bildirib.

Məlumatda qeyd edilir: "Mənbə noyabrın 1-dək Avropa Komissiyasının səlahiyyət müddətində razılaşmanın mümkün olduğuna dair açıq nikbinlik ifadə edib".

Qeyd edilir ki, yeni sazişlə bağlı danışıqların növbəti mərhələsi sentyabrda keçiriləcək.

Qeyd edək ki, 2016-cı ilin noyabrında Avropa İttifaqı (Aİ) Şurası Avropa Komissiyasına Azərbaycanla hərtərəfli sazişin hazırlanması üzrə İttifaq ölkələri adından danışıqlar aparmağa mandat verib.

Yeni saziş, Aİ və Azərbaycanın bu gün qarşılaşdığı ümumi məqsəd və problemlərin daha geniş şəkildə nəzərdən keçirilməsinə imkan yaradaraq 1996-cı il tərəfdaşlıq və əməkdaşlıq razılaşmasını əvəz etməlidir.

Sənəd Azərbaycan qanunvericiliyinin və prosedurlarının daha vacib beynəlxalq və ticarət normalarına və Aİ standartlarına yaxınlaşdırılmasını nəzərdə tutur ki, bu da Azərbaycan məhsullarının Aİ bazarlarına daha asan çıxmasına səbəb olacaq.(Trend)

pia.az



Şərh yazın.


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar