Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Ağ Evdə Türkiyə toplantısı - Senatorlar və Tramp anlaşa bilmir...

ABŞ öz hegemoniyasına üsyan etmiş Türkiyəyə qarşı nə edəcəiyini qərarlaşdıra bilmir...

Serdar Turgut
“Habertürk” qəzeti, Türkiyə 25 iyul 2019-cu il

İki gündür izah etdiyim kimi, kapitalist dünya sisteminin Amerikadakı mərkəzinə qarşı Türkiyə bir üsyan başladıb və Amerika bu təhdid qarşısında bir çıxış yolu axtarır. Bu axtarışın pik nöqtəsi isə Ağ Evdə Türkiyə ilə bağlı baş tutan və 70 dəqiqə davam edən iclas olub.

İclasda Respublikaçıların çox önəm verdiyi Senat rəhbəri Miç Makkonelin də iştirak etməsi diqqət çəkib. Onsuz da senatların, demək olar, hamısı bu iclasda iştirak ediblər.

İclas ərzində prezident Tramp S-400-ə görə Türkiyəyə sanksiya tətbiq edilməsini istəmədiyini və bu məsələni Türkiyə ilə danışaraq həll etməyin daha doğru olduğunu bildirib. İclas arada bir az sərtləşib. Çünki senatorlar bildiriblər ki, prezident Trampın narahatlığını və məsələyə daha konkret baxması başa düşüləndir, lakin onlar da qəbul etdikləri qanunun tətbiq edilməsini tələb edirlər. Senat Beynəlxalq Münasibətlər Komitəsinin rəhbəri Ceyms Riş Senatın bu yöndəki mövqeyini detallı şəkildə izah edib.

Dünən, eyni zamanda, sabiq prokuror Müller də Senatda izahat verirdi. Bunun Trampı daha da sıxışdıracağı və buna görə də, Prezidentin Senatla arasını pozmaq istəməyəcəyi də qeyd edilir. Yəni bu daxili siyasi səbəblərə görə Türkiyə məsələsində Tramp Senatla problem yaşamaq istəməyə bilər.

Qısaca, Tramp Ərdoğana söz verdiyi kimi iclasda Türkiyəyə qarşı əlavə sanksiyaların tətbiq edilməməsini təkrar edib. Yəni, demək olar ki, Türkiyəyə verdiyi sözü yerinə yetirib.

Bəs bundan sonra necə olacaq?

Görünür, bəzi senatorlar Türkiyə məsələsində Trampla razı olsalar da, sanksiyaların tətbiqi ilə bağlı qanunun tətbiq edilməsi üçün Trampa təzyiq edəcəklər.

Deyilənə görə, Tramp ilk mərhələdə Müllerin nitqinin Senat üzərindəki mənfi təsirini dəyərləndirəcək. Çünki Prezident bilir ki, bir gün Nümayəndələr Palatasında onun vəzifədən uzaqlaşdırılması müzakirə olunsa, Senat mütləq buna qarşı çıxacaq. Ona görə də, Respublikaçı senatların dəstəyinə ehtiyacı var.

Həmçinin, qeyd edilir ki, Tramp əvvəlcə S-400 sistemi aktiv olanadək zaman qazanmağa çalışacaq və bu müddətdə Türkiyə ilə yeni danışıqlar aparmaq istəyəcək.

Lakin Senat sanksiyaların tətbiq edilməsində israr etsə, Tramp bu dəfə 12 sanksiyadan Türkiyəyə ən az zərər verən 5 dənəsini seçib Senata göndərəcək. Bundan sonra da bir müzakirə olması gözləniləndir, amma Tramp o mərhələdə yüngül sanksiyaların ABŞ-ın maraqları baxımından önəmli olduğunu vurğulayacaq. Senat isə Türkiyəyə heç bir şey edilmədiyi təqdirdə, Amerikanın digər ölkələr qarşısında zəif duruma düşəcəyini bildiriblər. Senatlar iclasda Trampa Hindistan nümunəsini də xatırladıblar.

Ağ Evin səlahiyyətli şəxsləri düşünür ki, əgər Senatın istəkləri reallaşsa, İncirlik itirilə bilər və bu da Amerikanın uzunmüddətli maraqlarına zərbə ola bilər.

2 gündür qeyd etdiyim kimi, ABŞ öz hegemoniyasına üsyan etmiş Türkiyəyə qarşı tamamilə səssiz qala bilməzdi. Lakin bu səsin çox da güclü çıxmamaq ehtimalı da var. Ağ Evdəki iclasdan sonra, görünür, Türkiyə bu prosesdən ən az zərərlə çıxacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar