Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

ABŞ seçkilərinə “Azərbaycanın müdaxiləsi”

Co Baydenin xəzinədarını ölkəmizə nə bağlayır?..

Teodorik Meyer, Maqqqi sevens

“Politico”, 29.10.2019

Co Baydenin keçmiş köməkçisi sabiq vitse-prezidentin 2020-ci ildə demokrat prezidentliyə namizəd kimi seçkiyə qatılması üçün “Ölkəni birləşdir” (“Unite Country”) adlı super siyasi kampaniyanın (super PAC) sənədləşmə işlərini aparır.

Baydenin əvvəlki 2 prezidentlik kampaniyasında işləmiş Larri Raski yeni Bayden qrupunun xəzinədarı olaraq siyahıya alınıb. Bir neçə digər yüksək səviyyəli tərəfdarları, o cümlədən floridalı əməliyyatçı Stiv Şeyl daxil olmaqla, Barak Obamanın təşəbbüsü ilə Baydenin 2016-cı il prezident seçkilərinə namizədliyini irəli sürmək səylərinə qatılan Mark Riddl və Culianna Smut (Obamanın keçmiş maliyyə direktoru) “super PAC” üçün danışıqlara qatılıblar.

Raski əvvəllər də Baydenin kampaniyası üçün pul toplamağa köməklik edib, donorlardan “Prezident Bayden üçün” çeklərini öz lobbi və ictimai işlər firması olan “Raski Partners”-in Boston ofislərinə göndərməsini istəyib. “Hər kəsin maksimum ianəsi 2800 dollarla məhdudlaşır, – deyə Raski hələ aprel ayında pul yığma ilə bağlı bildirib. – Bu, prezident seçki kampaniyası səyləri maliyyələşdirmək üçün çox iş və bir çox yoxlama tələb edəcək”.

Eyni “super PAC” əvvəllər fərqli bir ada malik idi – “People PAC”, ancaq Bayden prezidentliyə namizədliyini irəli sürməzdən əvvəl, aprel ayında. O vaxt demokrat Mett Tompkins “The Hill”-ə demişdi: “Bayden 2020-ci ildə qalib gələ bilməz”.

İlk olaraq “Bloomberg News” tərəfindən bildirilən “Unite Country” keçmiş vitse-prezidentin qeyri-məhdud miqdarda pul yığmaq və xərcləməklə kampaniyasına təkan vermək üçün səylərin rəsmi başlanğıcıdır.

Keçən həftə Bayden “super PAC”la bağlı öz mövqeyini dəyişəndən və ona qapı açdıqdan sonra donorlar hərəkətə gəlib.

Raski qeydə alınmış lobbiçi deyil, baxmayaraq ki, Massaçusetdən olan müdafiə podratçısı “Raytheon” da daxil olmaqla, bir neçə federal müştəri üçün işləyir.

Ədliyyə Nazirliyinin açıqlamasına görə, Raski firmada 87,2 faizlik paya sahibdir.

Bu ilin əvvəlində Raski, müqavilə üzrə Azərbaycan hökumətinə strateji rabitə barədə məsləhət vermək üçün aylıq 15 min dollar müqabilində, xarici agent kimi qeydiyyatdan keçib. Lakin o, avqust ayında Azərbaycan üçün işini dayandırıb və elektron poçtla “Politico”-ya vəkilinin avqustun 27-də Ədliyyə Nazirliyinə göndərdiyi məktubun surətini təqdim edib. “Firma artıq xarici müştəriləri təmsil etmir”.

Raskinın firması keçən il “New York Times”, “Washington Post”, “Politico” və digər KİV-lərə müraciət edərək, Banqladeşdəki bir siyasi partiyasını təmsil etdiyini bildirib. Firma Banqladeş Milliyyətçi Partiyası üçün Klinton administrasiyasının iki veteranı tərəfindən idarə olunan Vaşinqtondakı lobbi təşkilatı “Blue Star Strategies” ilə əlaqələndirmə işi aparıb.

“The Times”-a xəbər verib ki, “Blue Star Strategies”-in Baydenlərlə başqa bir əlaqəsi var: firma Ukraynanın enerji şirkəti “Burisma Holdinq”ə məsləhət verib. Hanter Bayden onun idarə heyəti üzvü olub.

“Blue Star Strategies”-in icraçı direktoru xanım Karen Tramontano Raskini şəxsən tanımadığını söyləyib. “Raski Partners”-in vitse-prezidenti Ann Tirrell ona Raskini tövsiyə edib. Tirrell hazırda “Raski Partners”-dən ayrılıb. Tramontano firmasının “Burisma” üçün gördüyü işləri şərh etməkdən imtina edib.

Prezident Donald Tramp Hanter Baydenlə əlaqədar Ukraynanın o vaxtkı baş prokuroru Viktor Şokini istefaya göndərtmək iddiasına görə hazırda potensial impiçmentlə üzləşib.

Raski “Blue Star”-la bağlı əlaqəsini danır. Banqladeş Milliyyətçi Partiyası ilə əlaqəni isə yanvar ayında dayandırdığını bildirib.

O deyib: ““Blue Star” haqqında heç nə bilmirəm”.(Tərcümə: Strateq.az)

pia.az




Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Prezident Xankəndidə Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib - Yenilənib

Ən çox oxunanalar