Çərşənbə axşamı, 19 Noyabr 2019
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+19 ° Quba
+12 ° Qusar
+24 ° Gəncə
+16 ° Lənkəran
+23 ° Naxçıvan
+26 ° Salyan
+23 ° Şəki

ABŞ PKK-YPG-nı niyə satdı? - İranın mühasirəsi planı...

ABŞ prezidenti Donald Tramp iki müttəfiqi olan Türkiyə ilə PKK-YPG arasında bir seçim etmək məcburiyyətində qalıb və Türkiyəni seçib...

Nejat Eslen
“OdaTv” qəzeti, Türkiyə

PKK-YPG-lilərin ifadəsinə görə, ABŞ “Sülh Çeşməsi” Hərəkatına şərait yaradaraq onları arxadan vurub. ABŞ-ın bu seçimi Yaxın Şərqdə PKK-YPG dövlətinin inşa edilməsi layihəsinə ciddi zərbə vurub. ABŞ uzun müddət Türkiyənin zəif nöqtəsi olan iqtisadi problemlərindən istifadə edərək həm PKK-YPG ilə münasibətlərini davam etdirməyə, həm də Türkiyəni Atlantik bölgəsində tutmağa çalışıb.

Suriyanın şimalında türk qarşısında bayraq göstərən, Türkiyəni uzun müddətdir ləngidən və onsuz da müharibə etmək bacarığı olmayan ABŞ hərbi dəstələri Türkiyənin qərarlı mövqeyi qarşısında PKK-YPG-dən əvvəl bölgədən çəkilməyə məcbur qalıb.

Türkiyənin geosiyasi önəmi

ABŞ-ın PKK-YPG-ni dəstəkləməkdən imtina edib, Türkiyənin bu təşkilata qarşı hərbi hərəkat keçirməsinə şərait yaratması Türkiyənin geosiyasi önəmi ilə əlaqədardır.

ABŞ-ın strateji bəlgələrinə görə, əvvəla Çin, ikinci Rusiya, üçüncü olaraq da İran və Şimali Koreya ABŞ-ın maraqları qarşısında təhdid yaradır.

Türkiyə ABŞ-ın təhdid hesab etdiyi Rusiyaİranla eyni ərazini bölüşür.

ABŞ-ın və NATO-nun strateji bəlgələrinə görə Rusiya Avropanı və Atlantik quruluşunu təhdid edir.

NATO II Dünya Müharibəsindən sonra ABŞ tərəfindən qurulmuş və ABŞ maraqlarına xidmət edən təhlükəsizlik təşkilatıdır. Rusiyanın təhdid kimi görülməsi NATO-nun önəminin qorunması və ABŞ silah sistemlərinin NATO üzvlərinə satıla bilməsi baxımından önəm daşıyır.

Hazırda Rusiya təhdidinə qarşı ABŞ NATO ilə iş birliyi edir və NATO ilə Rusiyanı mühasirəyə almağa çalışır. ABŞ bu məqsədlə NATO ilə birgə Baltik ölkələri olan Polşa-Rumıniya, Bolqarıstan-Qaradəniz və Türkiyə-Cənubi Qafqaz xəttini təsis etməyə çalışır. Hal-hazırda NATO-nun ən önəmli vəzifəsi budur və bu mühasirə xəttini yaradan ölkələr də ABŞ üçün önəmlidir.

Lakin ABŞ-ın NATO ilə Rusiyaya qarşı yaratmağa çalışdığı bu mühasirə xəttinin kritik nöqtəsi Türkiyə və Qara dənizdir. Türkiyə olmadan bu mühasirə xətti tamamlana bilməz. ABŞ Türkiyə vasitəsilə bu mühasirə xəttini yaradıb, rus donanmasına Qara dənizdə nəzarət etmək istəyir.

Türkiyə ABŞNATO üçün çox önəmlidir

Atlantik quruluşunun təsis etdiyi “İncirlik” bazası, bu bazada yerləşdirilən 50 nüvə bombası və “Kürecik” radar təsisinin imkanları sayəsində Türkiyə ABŞNATO üçün olduqca önəmli hala gəlib.

Həmçinin, bu mənada türk axını, S-400 tədarükü, nüvə enerji layihələri, Rusiya və Türkiyə arasında inkişaf etməkdə olan strateji münasibətlər də ABŞ tərəfindən dəyərləndirilir.

Qısaca, Türkiyə coğrafi mövqeyinə görə ABŞNATO üçün əvəzolunmazdır və ABŞ Türkiyənin NATO daxilində Rusiya əleyhinə olmasını arzu edir.

ABŞ-ın Yaxın Şərqdəki geosiyasi problemi İrandır. İraqSuriya müharibələrindən aldığı qazanclara və geosiyasi ehtiraslarına görə İran Yaxın Şərqdə ABŞ-ın maraqları qarşısında önəmli gücə sahibdir. İran Yaxın Şərqdə Tehran-Bağdad-Dəməşq-Livan geostrateji bucağını yaradaraq Aralıq dənizinə girmək istəyir.

Türkiyənin coğrafi mövqeyi isə İranın əhatəyə alınması və bu bucağın əngəllənməsi üçün ABŞ-a bir çox üstünlüklər qazandırır. “Kürecik” radarı da bu məqsədlə yaradılıb.

Qısaca, ABŞ Rusiyaya və İrana qarşı mübarizə apararkən Türkiyənin Atlantik quruluşuna və Yaxın Şərqdə yaradılması planlaşdırılan PKK-YPG dövlətindən daha çox önəm verir. Amma eyni zamanda, ABŞ bu iki müttəfiqi ilə eyni vaxtda ortaqlıq edə bilməyəcək, ona görə də, PKK-YPG-ni yox, Türkiyəni seçməyə məcbur qaldı.

Qeyd: “Sülh Çeşməsi” Hərəkatı ilə ABŞ-la Türkiyə arasındakı münasibətlərdə yeni və fərqli bir proses başlayacaq. Bu yeni prosesdə Türkiyə ABŞ, Rusiyaİran arasındakı mübarizələrdə çətin qərarlarla üz-üzə qalacaq.

Orijinal

Tərcümə PİA.az-ındır.

Fatimə ƏLİYEVA
pia.az

Şahidi olduğunuz hadisələrlərlə bağlı məlumatları, foto və videoları bizim whatsapp nömrəmizə yollamağınızı xahiş edirik: 0554231627


Şərh yazın.

loading...

Ən çox oxunanalar