Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“DQR” “parlamentinin deputatı” Qarabağ separatçılarının cinayətlərindən danışıb



Əvvəllər məlumat verildiyi kimi, iyunun 6-da Dağlıq Qarabağda "DQR" “parlamentinin” müxalifətdən olan “deputatı” Ayk Xanumyana qarşı xain hücum törədilib


Virtualaz.org xatırladır ki, bu hücum Xanumyanın, separatçıların lideri Bako Saakyanı və Ermənistan Müdafiə Nazirliyini korrupsiya və despotizmə görə açıq tənqid edən general Samvel Babayanı çəkinmədən dəstəklədiyi günün sabahısı baş verib.

Və bu gün A.Xanumyan öz facebook səhifəsində sui-qəsdin yeni detallarını açaraq, cinayətin təşkilatçılarının əsas motivlərini ortaya qoyub.

"Bildiyiniz kimi, mənim işimdə Cinayət Məcəlləsinin maddələri dəyişdirilib və bu, günahkarların amnistiya adı altında tezliklə azad olunmalarına imkan verəcək. Aydındır ki, dəyişiklik qərarı Bako Saakyanın kabinetində verilib, o da məlumdur ki, istintaq orqanları və prokurorluq “prezidentə” tabedirlər.

Bütün bunlar mənim oğurlanmağım və döyülməyim əməliyyatının birbaşa Bako Saakyanın razılığı ilə təşkil olunduğu barədə fərziyyələri bir daha sübut edir. Qarabağda, istintaqa müdaxilə və təzyiq əvvəllər də olub, ancaq onda bunu gizlətməyə çalışır və ona ən azı hüquqi don geyindirirdilər. Amma cinayət işinə bu sayaq açıq və kobud, necə deyərlər, “baltalı” müdaxilə yeni tendensiyadır”.

A.Xanumyan deyir ki, Bako Saakyanın şəxsən ona və təmsil etdiyi partiyaya açıq düşmən münasibəti bəslədiyi hamıya məlumdur. Bu münasibət onlara qarşı həmişə və hər yerdə, o cümlədən KİV-in qərəzli yanaşmasında da özünü göstərir və müşahidə olunur.

“Deputat” deyir ki, Bako Saakyan onun siyasətinin tənqidini qəbul edə bilmir və bunun təzahürləri tezliklə yeni avtoritarizm və zorakılıq şəklində özünü göstərəcək.

A.Xanumyan bildirir ki, Bako Saakyan indi “konstitusiyaya” zidd addım atmağa hazırlaşır. O, 2017-ci ildən sonra (onun “DQR” “prezidenti” kimi ikinci səlahiyyət müddəti 2017-ci ildə başa çatır-virtualaz.org) da “prezident” olaraq qalmaq istəyir, aparmaq istədiyi konstitusiya islahatları” da bu planın gerçəkləşməsinə hesablanıb: “Bu plan reallaşsa, "prezidentin" legitimliyi sıfıra enəcək, miqrasiya halları artacaq, "dövlətçilik" zəifləyəcək və Qarabağ məsələsində uduzmaq üçün bizə diktə etmək daha asan olacaq".

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar