Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Brilliant Dadaşova dinini dəyişib? – Açıqlama


Xalq artisti Brilliant Dadaşovanın kilsədə şam yandırarkən çəkilən fotoları sənətçinin dinini dəyişməsi haqda xəbərlərin yayılmasına səbəb olub


Müğənni məsələ ilə bağlı media nümayəndələrinə açıqlama ünvanlayıb: 

"Hörmətli media nümayəndələri, İsa peyğəmbərə məhəbbəti mənə Müqəddəs “Qurani-kərimi” əzbər bilən rəhmətlik nənəm öyrədib. Mən Allahın bir olduğuna inanıram və hər zaman 7 yanvarda, İsa peyğəmbərin doğum günü kilsəni ziyarət edirəm. Biz multikulturalist ölkəyik və insanları dini mənsubiyyətinə görə heç vaxt bir-birindən fərqləndirməmişik. Mənim üçün müxtəlif mədəniyyətlər hər zaman maraq kəsb edib və fəxr edirəm ki, ölkəmizdə bütün dinlər və mədəniyyətlərə dərin  hörmət və ehtiram var. Əgər qastrol səfərlərində müsəlman ölkəsindəyəmsə, məscidlərə, xristian ölkəsindəyəmsə, kilsələrə getmişəm, İsraildə olarkən sinaqoqa da getməyi unutmamışam  və hətta Hindistanda olarkən hind dini məbədlərini ziyarət etmişəm.  Eləcə də pasxa və milad bayramında kilsələrdə oluram. Kilsə xorla dua etmə mərasimini  zövqlə dinləyirəm. Təbii ki,  hər zaman öz Qurban və Ramazan bayramlarımızda da məscidləri ziyarət edirəm. Cox təəsüf edirəm ki, bunu siz indi bilmisiniz. Diqqətiniz üçün minnətdaram".

Qeyd edək ki, Bakıda keçirilən Milad bayramında xalq artisti Brilliant Dadaşova da iştirak edib. Müğənni xristianların bayramını Bakıdakı kilsələrin birində onlarla birgə qeyd edib. Digər bayram iştirakçıları kimi də xalq artisti də xaç suyundan istifadə edib, şam yandırıb.(musavat.com)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar