Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

“Ərdoğan onun siyasətini qəbul etməyənləri edam etməklə ilahi ədaləti yerinə gətirməyi zənn edir” - Politoloq


Azər Qasımlı: “Əgər yeni referendum keçirilsə və edam cəzası bərpa olunsa bu o deməkdir ki, Türkiyə Avropa Şurası ilə vidalaşsın”


“Referendumun da nəticələri göstərdi ki, Türkiyə cəmiyyəti kifayət qədər parçalanıb və yeni xaosa yol açmamaq üçün cəmiyyət içində hazırkı status-kvonu qorumaq qorumaq əsas məsələlərdən biridir”.

Bu sözləri PİA.AZ-a REAL Hərəkatı sədrinin ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımlı  Rəcəb Təyyib Ərdoğanın edam cəzasını bərpa etmək üçün referendum keçirəcəyi məsələsinə münasibət bildirirərkən qeyd edib.

Xatrıladaq ki, referendumdan həmən sonra Ərdoğan edam cəzasının qaldırılması üçün daha bir referendumun keçirəcəklərini bildirdi. Sizcə Ərdoğan edam cəzasını qaldırmaqla hansı siyasəti izləyir - Avropaya meydan oxumaq yoxsa referendumda AKP-nin bir şəkildə məruz qaldığı səs itkilərini bərpa etməkmi? Edam cəzası bərpa olunduğu şəraitdə hazırda İmralı adasında ömürlük həbs yatan PKK lideri Abdullah Öcalanın edama məhkum olunması ehtimalı gündəmə gələ bilərmi?



Azər Qasımlı: “Bu siyasət ölkədə qardaş qırğınını, cəmiyyətdə qarşıdurmanı, gərginliyi və sabaha inamsızlığı daha da artıracaq”.


Politoloq Azər Qasımlı Ərdoğan hakimiyyətinin mövcud şəraitdə bu addımı atmasın səhv olduğunu hesab edir. Əgər bu reallaşsa Türkiyə Avropa Birliyinə üzvlüklə vidalaşa bilər. Doğrudur Türkiyə tarixində belə hadisələr olub və dini zəmində kimlərsə edam olunub. Hətta Ərdoğanın özünü siyasi mirasçısı kimi təqdim etdiyi Baş nazir Adnan Menderes belə edam olunub. Amma Ərdoğanın edam cəzasını bərpa etməklə ilahi ədaləti təmin edəcəyini zənn etməsinin doğru olmadığını vurğulayan politoloqun fikrincə bu addım ancaq Türkiyəyə ziyan vurmaqla nəticələnə bilər:

“Burada həm Avropaya meydan oxumaq məsələsi, həm də digər məsələlər var. Bildiyiniz kimi Türkiyə Avropa Şurasının üzvüdür və AB-yə namizəddir. Həm Avropa Birliyinin, həm də Avropa Şurasının nizamnaməsində edam cəzası ləğv olunub. Məhz Avropa Şurasının üzvü olduğuna görə Türkiyənin özündə də edam cəzası ləğv olunub. Əgər yeni referendum keçirilsə və edam cəzası bərpa olunsa, bu o deməkdir ki, Türkiyə Avropa Şurasından çıxmalıdır. Və Türkiyənin Avropa Birliyinə üzvlüklə bağlı müzakirələri də bununla sona çatacaq. 

Aydındır ki, Türkiyə tarixində daha əvvəllər də belə hadisələr olub. Siyasi və dini zəmində kimlərsə edam olunub. Hətta Ərdoğanın özünü siyasi mirasçısı kimi təqdim etdiyi Baş nazir Adnan Menderes belə edam olunub. Məsələ orasındadır ki, Ərdoğan hazırda edam cəzasını bərpa etməklə Gülənçiləri və ötən ilin 15 iyul tarixində həyata keçirilməyə cəhd olunan uğursuz hərbi çevrilişin iştirakçılarını edam etsin. Faktiki olaraq Ərdoğan onun siyasətini qəbul etməyənləri edam etməklə ilahi ədaləti yerinə gətirməyi zənn edir. Sanki həmin şəxslər edam olunduqdan sonra Türkiyədə tarixi ədalət bərpa olunacaq. 

Azər Qasımlı: “Edam cəzası bərpa olunarsa, Ərdoğan istədiyi şəxslə bağlı edam cəzası verə bilər. Buna İmralı adasındakı Öcalan da aiddir”.


Halbuki bu siyasət Türkiyə üçün böyük problemlər yaradacaq və bununla da ölkə heç də irəliyə getməyəcək. Tam əksinə qardaş qırğını, cəmiyyətdə qarşlıqlı nifrət, gərginlik və sabaha inamsızlıq daha da artacaq. Nəzərə alsaq ki, hələ ki, ölkə yeni referendumdan çıxıb, bu referendum səbəbi ilə ölkə də qarışıqlıq hökm sürür və ana müxalifət tərəfindən referendumun nəticələri tanınmır, o halda edam hökmünün bərpası Türkiyədə yeni xaosa yol aça bilər. Referendumun da nəticələri göstərdi ki, Türkiyə cəmiyyəti kifayət qədər parçalanıb və yeni xaosa yol açmamaq üçün cəmiyyət içində hazırkı status-kvonu qorumaq qorumaq əsas məsələlərdən biridir.

Əlbəttə, hər kəsin edam olunması gündəmə gələ bilər. O cümlədən hazırda AKP ilə ittifaq halında olan MHP Abdullah Öcalanln da edamını tələb edə bilər. Amma məsələ ondadır ki, kimi edam edib, kimi sağ saxlamaq artıq prezidentin - yəni Ərdoğanın səlahiyyətində olacaq. Referendumla qəbul olunan anayasa dəyişikliklərinə görə prezidentin çox böyük səlahiyyətləri var və məhkəmə hakimiyyəti də prezidentdən asılı vəziyyətdə olacaq. Ona görə də edam cəzası bərpa olunarsa, Ərdoğan istədiyi şəxslə bağlı edam cəzası verə bilər. Buna İmralı adasındakı Öcalan da aiddir”.

Sübü Əzizova
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar