Xəbər xətti

24 FEVRAL

14:17 Türkiyə Afrində daha iki kəndi terrorçulardan təmizlədi

14:12 Qusarda itkin düşmüş qadın tapıldı

14:06 Əfv üçün müraciət edənlər ən çox bu cinayətləri törədib

14:01 Müğənni Damlanın “YouTube” kanalı silindi

13:55 Sabahın hava proqnozu

13:50 Ermənistan hakim koalisiyası prezidentliyə namizədini irəli sürdü

13:46 ABŞ səfirliyinin Qüdsə köçürüləcəyi tarix açıqlanıb

13:42 “Qarabağ” Türkiyədə ilin komandası seçilə bilər

13:35 Kabildə kamikadze özünü partlatdı: 1 ölü, 6 yaralı

13:32 Nərimanovda Xocalı soyqırımı qurbanlarının ailələri ilə görüş keçirilib

13:31 Hindistan ballistik raketi sınaqdan keçirtdi

13:19 Deputat Sona Əliyeva yaranmış problemə son qoydu

13:15 650 minlik avtomobil hansı məmurundur?

13:12 Azərbaycan deputatları Ərdoğanla görüşəcək

13:09 Bəxtiyar Hacıyev Şimali Koreya səfərindən danışdı

13:05 Ali Sunalın azərbaycanlı nişanlısı ilə toy tarixi bəlli oldu

12:56 Ağlamağa dərd axtarmaq adəti

12:49 Deputat: “Separatçıların “seçki şoularını” tanımırıq”

12:42 Bakıda ağacları kəsən adam saxlanıldı

12:38 Füzuli Məmmədovun (Frenk Elkapone) yalanı və ayıbı

12:38 Böyük Britaniyadan İŞİD xəbərdarlığı

12:33 Millət vəkili: “Bizdə benzin niyə bahadır?”

12:27 Çingiz Abdullayev: “O, yaddaşlarda əbədi qalacaq”

12:24 Neft bahalaşıb

12:18 Sumqayıtda yaşıllıqları məhv edənin kimliyi məlum oldu – Əli Həsənovun nəvəsiymiş…

12:13 Bakı aeroportunda İsrail vətəndaşı olan qadın saxlanıldı

12:08 Birdəfəlik kağız batareya təbiəti qoruyacaq

12:04 BMT-də Suriya ilə bağlı səsvermə keçiriləcək

12:01 Əhəd Abıyev Gültəkin Hacıbəylini döyüb?

12:00 Lazer smartfonları enerji ilə dolduracaq

11:58 Səhləbad kəndində səyyar qəbul-görüş keçirilib

11:55 Polis maşını qəzaya düşdü: xəsarət alanlar var

11:52 Dünən axtarışda olan 60 nəfər saxlanılıb

11:48 Dəccal

11:47 Süni intellekt xəstəlik riskini proqnozlaşdırır

11:42 Tramp ABŞ-a gələn miqrantları növbəti dəfə aşağıladı

11:41 “Bakı İrana körpü tikir, 500 milyon kredit verirsə...”

11:36 Ekspert: “ABŞ Rusiya və Türkiyəyə mane ola bilməyəcək”

11:30 Başbuğ Ərdoğana qarşı iki partiyanı birləşdirir – İddia

11:25 Tovuzda yanğın: 2 ölü

11:21 Erməni diasporu Fətullayevi məhkəməyə verir

11:16 Bill Geyts məşhur serialda rol alacaq

11:12 Sabahdan seçicilərə səsvermə vəsiqəsinin verilməsinə başlanılır

11:07 Məzahir Pənahova ağır itki

11:03 Məşhur aktrisa 97 yaşında vəfat etdi

10:59 “Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

10:55 Azərbaycan xaricə satdığı məhsulu, həm də xaricdən alır

10:51 Beyləqan və Ağcabədidə oğurluq edən çoban tutuldu

10:47 Azərbaycan çempionatında növbəti oyunlar başlayır

10:42 Stiv Cobsun işə qəbul ərizəsi hərraca çıxarılır

10:39 Dövlət qulluqçusu olmaq istəyənlərə müraciət

10:34 “Qarın yağmamasına səbəb ekoloji silahlardan istifadədir”

10:30 Mingəçevirdə idmançı qollarını doğradı

10:25 Bakıda keçmiş məhkumlar intihara cəhd göstəriblər

10:20 Vasif Talıbov gənclərin təqaüdünü artırıb

10:16 Atəşkəs 120 dəfə pozulub

10:12 “Avropa Məhkəməsi Xocalı soyqırımını qəbul edənə qədər əl çəkməməliyik”

10:09 Alpinistlərin itkin düşməsindən 2 ay ötdü

10:05 Təqaüdlərin artırılması jurnalistlərə də şamil ediləcək

10:00 Qarabağda yeni müharibə anonsu

0:50 Putin özünü partladan pilotu təltif etdi

0:21 Vasif Talıbov yeni agentliyə rəhbər təyin etdi

0:09 “ABŞ səfirliyinin Qüdsə köçürülməsi tarixi təxribatdır”

0:02 Bu gün bürcünüz nələr vəd edir?

23 FEVRAL

23:57 İsveçrədə silahlı insident: 2 ölü

23:49 Ayaz Mütəllibov: “Baş verənlərə görə onlar məsuliyyət daşıyırlar”

23:35 ABŞ-ın Yerusəlimdə səfirliyi bu ilin mayında açılacaq

23:24 Bakıda İran kinosu günlərinin açılışı oldu

23:10 Ağdamda ev yanıb külə döndü

22:58 Qvardiolanın şəxsi təyyarəsində axtarış

22:45 “Hollandiya parlamentinin qərarı İslam düşmənçiliyinin göstəricisidir”

22:34 Məşhur teleaparıcı prezident seçkilərində iştirakını təkzib etdi

22:20 Cəlilabadda üç uşaq anası intihar edib

22:01 Somalinin paytaxtında iki partlayış baş verib, ölən və yaralananlar var - Yenilənib

21:52 Stiven Mnuçin: “Rusiyaya qarşı sanksiyalar üzərində işləyirik”

21:41 Dəməşqdə xəstəxana raket atəşinə tutuldu

21:30 Avropa Liqasında həftənin ən yaxşısı açıqlandı

21:18 Marneulidə bomba həyəcanı yaşanıb

21:10 Avropa İttifaqı Suriya üçün atəşkəs çağırışı etdi

20:59 Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır

20:44 “Zidanın yerində olsaydım, Qaretə tam qayğı göstərərdim”

20:29 Bu ölkədə qadınlara maşın sürmək qadağan olundu

20:13 ABŞ Şimali Koreyaya qarşı sanksiyaları genişləndirib

19:54 Novosibirskdə maşın insan kütləsinin yığışdığı yerə girdi - Ölənlər var

19:45 Yaponiya qarışdı: 2 fəal konsulluq binasına atəş açdı

19:40 Prezident çoxuşaqlı qadınlara verilən müavinətin məbləğini artırdı

19:26 Avropa Liqasında həftənin rəmzi komandası açıqlanıb

19:20 “Seçkilərdən sonra Qarabağla bağlı danışıqlar intensivləşdiriləcək”

19:14 Ərdoğan: Bu yay Suriyadakı terrorçular üçün çox “isti” olacaq

19:06 Cəbhədə erməni hərbçisi yaralandı

18:56 Şəhriyar Məmmədyarovdan iddialı sözlər: “Tam başqa olacam”

18:50 Aqrar sahənin texniki təminatının gücləndirilməsinə 160 milyon manat ayrılıb

18:43 Prezident sosial müavinətlərin məbləğini 10 faiz artırıb

18:37 Prezident İlham Əliyev estoniyalı həmkarını təbrik edib

18:30 Avropa Liqası: 1/8 final mərhələsinin püşkü atılıb

18:23 Əhmədlidə avtobusların hərəkət istiqaməti dəyişdirildi

18:15 “Nar” Texniki Universitetin ən yaxşı tələbələrini mükafatlandırıb

18:10 Cəlilabadda qadın naməlum şəxslər tərəfindən döyülüb

18:04 “Azercell” insan qaynaqları sahəsində yüksək beynəlxalq sertifikata layiq görülüb

18:01 Moldova prezidenti Azərbaycana gələcək

18:00 Ağıllı telefon satışı azalıb

17:55 Aida Qəmbər: “İsa Qəmbərin səhhəti qaydasındadır”

17:50 Babək prospektində su xətlərinin çəkilişi mayda bitəcək

17:44 İnək futbolçunu zədələdi

17:39 Rusiya 200-dən artıq yeni silah növünü sınaqdan keçirib

17:34 Özbəkistanda keçmiş baş prokuror həbs olunub

17:28 “Azərbaycan üçün strateji valyuta ehtiyatları ciddi əhəmiyyət kəsb edir”

17:22 Türkmən qadınlara avtomobil sürmək qadağan olundu

17:12 Yaponiyada Şimali Koreya vətəndaşlarına hücum edildi

17:09 Vaşinqton: “Türkiyə ilə münasibətlərimizdən əminik”

17:04 Spirtli içkinin yeni təhlükəsi aşkarlandı

16:58 Niderland səfirliyinin müşaviri Türkiyə XİN-ə çağırıldı

16:53 Vitali Kliçkoya Bakıda ev hədiyyə edilməsi xəbəri təkzib olundu:

16:48 Cavan qan qocalığı dayandırır

16:42 Axtarışda olan biznesmen həbs edilib

16:38 “Öz oyunu”nu oynayan Almanya - Təhlil

16:35 Deputat: “Piyadalara qarşı cəzalar sərtləşdirilməlidir”

16:32 Bakıda intihar etmək istəyən gənc komaya düşüb

16:27 Gələn il FED uçot dərəcəsini daha çox artıracaq

16:22 Kadir İnanır əməliyyata hazırlaşır



ƏDƏBİYYAT

...

Zorla əfv ərizələri yazdırırdılar, amma... – Repressiya dəhşətləri

Tarix 20.12.17, 16:22

Font ölçüsü : - / +
bitmap-img6


Kulis.az İradə Musayevanın “Sözlərin rəng assosiasiyası... Qara rəngli “repressiya”...” yazısını təqdim edir


Repressiyanın 80 illiyinə həsr olunur...
 
II məqalə
əvvəli burda
 
Əsil müsibət də bundan sonra başladı...
 
SSRİ-də repressiya “proses” kimi nəzərdə tutulmamışdı, əvvəlcə əməliyyat, düşüncələrə, sosializm qanunlarına, qadağalarına əks ola biləcək nəzəriyyə və təlimlərə qarşı soyqırım, hücum kimi planlanmışdı. Amma vəziyyət elə ağırlaşdı ki, “oyuna girən oynayar” məsəlində olduğu kimi Stalin əlini qana batırmışkən repressiya baltasının altına salmaq üçün durmadan düşünən və “düşmən”  başlar tələb etdi. Beyin, şüur fəaliyyəti nəzarətə götürülmüşdü. Akademiklər, professorlar, azad, sərbəst fikir yürütmək iqtidarında olan hər kəs və xüsusən də emosiyalara təsir edə biləcək ədəbiyyat adamları (diqqət etsəniz daha çox hallarda şairlər)  “Barbarossa” planına bənzər sürətli bir gedişlə qısa zamanda susdurulmalı idi. 1917-ci il inqilabından az qala 20 il keçirdi. Hətta hökumətin özündə belə bu qələbənin gələcək taleyinə inamsız yanaşanlar vardı. Stalinin baxış bucağından təhlil edilsə, doğrudan da sovet hakimiyyəti üçün xeyli “təhlükəli” qüvvələr meydana gəlmişdi. 20 illik hakimiyyət zorakı fəaliyyəti ilə özünə çoxlu düşmən qazanmışdı. Həqiqətən də, “sovetizm” nəzəriyyəsi təhlükədə idi. (Onu da nəzərə almaq lazımdır ki, SSRİ-nin tərkibində türk kökənli millətlər çoxluq təşkil edirdi) Amma Stalin bu “düşmən”lərə hakimiyyət müxalifləri kimi baxsa da, onlara proletariatı qəzəbləndirə və inandıra biləcək başqa ad qoydu: “Xalq düşmənləri”... Bu adın mənfi cazibəsi radiasiya effektli idi. Zəhərli və zərərli münasibətlər formalaşırdı. “Xalq düşməninin ailəsi”, “Xalq düşməninin əsərləri”, “Xalq düşməninin həmfikirləri” ― hamısı məhv edilməli idi... Stalinə ağlı ilə deyil, emosiyası ilə davranan tərəfdarlar lazım idi. Alimləri “sovet yalanı”na inandırmaq çətin olmuşdu, amma proletariatı iki-üç şüarla da ram etmək mümkün idi. Ona görə də Stalin adını belə yaza bilməyən həbsxana işçilərinə akademikləri, generalları, yazıçıları döymək ixtiyarı vermişdi.  Araşdırmaçılar (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov) “Məhv edilmiş türkoloqlar” kitabında B.Çobanzadənin, R.Axundovun, G.S.Qubaydullinin məhkəmə qovluqlarındakı maraqlı faktlara diqqəti cəlb edir. Məlum olur ki, çox zaman akademiklərin, professorların işinə orta təhsili belə tam olmayan “mütəxəssislər” baxırmış. Məsələn, 1953-1954-cü illərdə artıq şahid kimi ifadələr verən S.S.Zıkov repressiya illərində “İntellektuallar üzrə mütəxəssis” vəzifəsini daşıyırdı. Akademiklərin, professorların sorğulanmasında söz sahibi idi, amma özünün orta təhsili belə yox imiş... O da məlumdur ki, repressiya işgəncələri zamanı “milli genetik yaddaş” faktı da nəzərə alınırdı. Yəni, eyni millətdən olan adamları yox, daha çox anti-milli tərəfləri qarşılaşdırırdılar. Azərbaycanlı məhbusları erməni, rus, yəhudi millətindən olanlar (D.Sumbatov, V.Gerasimov, Qriqoryan, Çinman, Şerov və b.) mühakimə edir və cəzalandırırdı.
 
Repressiya olunanlar müxtəlif “günah”, müxtəlif maddələrlə “əsaslandırılan” “cinayət” (türkçü, millətçi, dindar, trotskiçi, agent,) sahibləri idi. Doğrudur, ciddi əsas tapılmayanda və müttəhim mütləq qısa zamanda öldürülməlidirsə, bəzən gülünc ittihamlar da yazdırırdılar diğər məhkum şahidlərə. Məsələn, H.Nəzərli öz ifadəsində yazırdı ki, “Mikayıl Müşfiq köhnə kitablar oxuyurdu...” “Köhnə kitablar oxumaq” da sovet hökuməti üçün təhlükəli fakt idi... Ədəbiyyat, elm, mədəniyyət adamlarını silsiləvi dindirilmələr sxemi əsasında qruplaşdırırdılar. Elə bil SSRİ miqyaslı böyük bir  cinayətkar banda yaxalamışdılar.
 

 
 Ziyalıların böyük əksəriyyəti, (xüsusən Azərbaycanda) “türkçü” olduğu üçün yox edildi. SSRİ Elmlər Akademiyasının böyük alimlərindən bir çoxu da bu “suç” üstündə məhv oldu. “Aleksandr Nikoloyeviç nədən yox edildi? (A.N.Samoyloviç 1937-ci ilin iyul ayında Kislavodska gedir və orada yoxa çıxır-İ.M) Bununla bağlı ancaq ehtimallar edə bilərik. Adları sadalanan F.İ.Şerbatski və P.K.Kokovtsovun əksinə iqtidara qarşı müxalif mövqe nümayiş etdirməzdi. A.N.Samoyloviç iqtidara həddindən artıq bağlı olmaqla seçilmiş, hətta N.Y.Marrın nəzəriyyəsini mənimsəməyə çalışmışdır. Hər hansı bir müxalif partiyalardan birinə aid olmamışdı. Akademik dairələrdə yayılan onun əsilzadələrdən (dvoryan) və “Ukrayna hetmanı” olmasının həbs səbəbi kimi göstərilən dedi-qodu xəbərləri cinayət qovluğunun sənədlərində sübut olunmur. Üstəlik də akademiklər arasında “dvoryan” əsilli çox sayda adam vardı. Bu məsələdə hər hansı bir “Ukrayna millətçiliyi”ndən də bəhs edilməsi mümkün deyil. Həqiqətə daha uyğun olanı “türk izi” ola bilərdi. A.N.Samoyloviçin türk elm adamlarıyla sıx əlaqələri vardı və Türkiyədə tanınırdı. Onun cinayət qovluğunda bu məsələ yer almış olsa da, önəmli qismini əhatə etmirdi. Digər tərəfdən, M.K.Atatürkün vəfatına qədər (1938) Sovet-Türk əlaqələri olduqca sağlam idi”. (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. “Məhv edilmiş türkoloqlar”)
 
Azərbaycan ədəbiyyatındakı və ümumən mədəniyyətindəki repressiyanın kökü də çox hallarda yazarların türkçü və müsavatçı, hətta köhnə müsavatçı olmaları ilə bağlı idi. Təsəvvür edin, müsavat tərənnümçüsü və xadimi C.Cabbarlı 1928-ci ildən etibarən sovet dramaturquna çevrildi. “Sevil”, “Almaz”, “Dönüş”, “Yaşar” və s. bu kimi ideoloji təbliğat xarakterli əsərlər yazdı. Amma 1934-cü ildə ölməsəydi öz müsavatçı keçmişinə görə 1937-ci ildə güllələnməli idi...
 
 Qəribədir ki, bu gün hamı, məsələn, Ə.Cavadın əleyhinə ifadə verən, onu tənqid edənləri ittiham edir. Eləcə də S.Vurğunu. Bəs bunu necə qəbul edək ki, repressiyaya məruz qalmış yüzlərlə insan (eləcə də Ə.Cavad özü)  dindirilmə zamanı  özü haqqında həmin ittihamlarla razılaşır və etiraflar səsləndirir. Nəinki səsləndirir, yazır və imzalayır. Sözsüz ki, işgəncələr altında...  “Ə.Cavad da öz növbəsində Musavatın üzvi olduğunu, əksinqilabi millətçiliyi yaymaqda iştirak etdiyini, lakin 1923-cü ildə həbs olunandan sonra bu işdən əl çəkdiyini etiraf etsə də, lakin bu etiraf DTK-nın rəhbərliyini razı salmır. Belə etiraf rəhbərliyi razı salmadığından şairlə uzun, ağır, məşəqqətli söhbət etməli olur və sonda müstəntiqlər müttəhimdən razılıq almağa nail olurlar. Ə.Cavad istintaqını aparan, vəhşiliyi, qansızlığı, rəhmsizliyi ilə məşhur olan DTK-nın baş leytenantı Qvozdevə 25 iyul 1937-ci ildə bütün günahlarını etiraf etmək məcburiyyətində qalır. Lakin 20 sentyabr 1937-ci ildə verdiyi ifadələrlə razılaşmayan müstəntiq şairə - qanunsuz əməllərinə əlavələr etməyi də məsləhət bilir. Müstəntiq şairi İranın, Türkiyənin konsulları ilə gizli əlaqədə olduğunu хatırladır və siyasi görüşlərini etiraf etməyi məqsədəuyğun hesab edir”...(A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)
 

                
Rus türkoloqlarına da “casus” damğası vurulurdu. Məhkəmə qovluqlarunda SSRİ Elmlər akademiyasının Şərqşünaslıq İnstitunun müdiri A.N.Samoyloviç və başqa türkçü alimləri “Yapon casusu” kimi də günahlandıran izahatlar və diğər sənədlər yer alır. Samoyloviç Peterburqda Şərq Dilləri Fakültəsində oxuyarkən yaponiyalı tələbə Ueda ilə tanış olmuşdu. Bu xırda detal ittihamı böyütmək üçün fürsət yaradırdı. Azərbaycan alimləri, yazarları üçün isə “İran casusu”, “Türkiyə casusu” damğası vurulurdu. Hətta inqilabdan çox-çox əvvəl Türkiyədə, İranda təhsil alanlar, həmin ölkələrin ictimai-siyasi, sosial-mədəni mühiti ilə tanış olanlar belə şübhəli şəxs qismində rahatca güllələnə bilirdi... Bu gün və sabah kimsən, hansı əqidəyə, məsləkə qulluq edirsən, fərqi yoxdur. Dünənin, keçmiş - hələ 1917-ci il inqilabının  havasının belə duyulmadığı zamanların sorğuları çeşidlənir,  cildlənirdi.  Çin və Yaponiya üzrə mütəxəssis A.N.Voznesenski (1881-1937) çar dövrünün diplomatı olmuşdu. 1917-ci ildə inqilabın tərəfinə keçmiş, 1917-1918-ci illərdə Xarici İşlər Komissarlığında türkoloq alim E.D.Polivonovla birlikdə işləmişdi. Daha sonra diplomatik fəaliyyətdən uzaqlaşmış və  1937-ci ildə güllələnmişdir. Şərqşünas alim Samoyloviçin öldürülməsini isə “Məhv edilmiş türkoloqlar” kitabının müəllifləri və tədqiqatçılar  (Aşnin, Alpotov, Nasilov) belə izah edirlər ki, Voznesenski və Bremman həbs olunanda işgəncə zamanı bir çox adlar sadalayır və Samoyloviçin də adı Yaponiya tərəfdarı kimi hallanır. Ya da sadəcə hər ikisinin tanışı olan Samoyloviç adları əvvəlcədən ölüm siyahısına salınan bu adamlarla tanış olduğu və türkoloq olduğu üçün sıradan çıxmalıymış...
 
Bununla məsələ bitmirdi, bir-birini ələ vermək, bir-birini satmaq zəncirvari üsulla uzanıb artırdı. Samoyloviçin adını çəkmiş, onu ələ vermişdilər. Samoyloviçin özünün verdiyi ifadələrdə isə başqa 3 nəfər cinayətkar kimi qeyd olunurdu. 1. Tatar türkoloqu V.Ə.Zabirov. (Samoyloviçin tələbəsi olmuşdu) 2. Moskva Şərqşünaslıq İnstitunun sabiq müdiri, qazax əsilli S.C.İsfəndiyarov. 3. P.İ.Vorobyov.
 
Alimləri hətta illərlə apardığı tədqiqatlarından imtinaya məcbur edirdilər. Eston əsilli, 1923-cü ildən Bakıda fəaliyyət göstərən, Azərbaycan Universitetində, SSRİ Elmlər Akademiyasının Azərbaycan bölməsinin Dil və ədəbiyyat İnstitunun müdiri vəzifəsində (1935-1937) çalışmış, Oktyabr inqilabından əvvəl və sonra dəfələrlə siyasi baxışlarını dəyişmiş, ictimai görüşləri və  fəaliyyəti üzdə olan professor Artur Rudolfoviç Zifeld xeyli sayda dil bilirdi. Yoldaşlarının da dediyi kimi “pantürkist” olmasa da türk heyranı idi. (Hətta  qızının adını “Uraltay” qoymuşdu. Ural-Altay...) Azərbaycanı öyrənmə cəmiyyətində xidmətləri vardı. Türk dilləri üzrə mütəxəssis olan bu adam hələ XX əsrin əvvəllərində türklərin şumerlərlə əlaqəsini əsaslandıran araşdırmalar aparmışdır. (Həmin araşdırması türk alimi Y.Akçura tərəfindən “Türk yurdu jurnalında yayımlanmışdı).
 
Həbs olunandan sonra “əksinqilabçı” kimi fəaliyyəti boynuna qoyulmuşdu. Və o artıq həyatda olmayan B.Çobanzadə, V.Xuluflu, G.Qubaydullin, H.Zeynallı və başqalarını özü ilə eyni əqidə sahibi, əksinqilabi əməkdaşlıq mənasında əlbir fəaliyyət göstərən adam kimi təqdim etmiş, necə deyərlər, onları gec də olsa “ələ vermişdir”. Həmin adamlar da (B.Çobanzadə, V.Xuluflu, G.Qubaydullin, H.Zeynallı) öz izahatlarında Zifeldi “satmışdılar”...
 
Belə məlum olur ki, repressiya illərinin məhkəmə salonlarında ən çox işlədilən ifadələr bunlar olub: “əksinqilabçı”, “pantürkist”, “panislamist”, “müsavatçı”, “köhnə müsavatçı”, “xarici düşmənlərə işləyən agent” və s. Məhkumların izahatları isə bu sözlərlə dolu idi: “yuvarlandım”, “etiraf edirəm”, “təhrik edildim”, “peşmanam”...
 
Əfv ərizələri yazdırırdılar,  amma əfv etmirdilər...  A.R.Zifeld də iki günün içərisində bütün keçmişini “etiraf” etmiş, pantürkizmə “yuvarlandığını” boynuna almışdır. Yəqin ki, işgəncələrə dözə bilmədiyi üçün “boynuna almışdır” ki,  1931-ci ildə “pantürkist” B.Çobanzadəni partiya iclasında müdafiə edib onun işdən çıxarılmasına imkan vermədiyi üçün peşmandır... Daha ağrılısı isə o idi ki, Mahmud Kaşğarlının “Divani-lüğət-it türk” əsəri haqqında bu sözləri yazmağa məcbur edilmişdi: “Mən etiraf edirəm ki, bu kitabı yetəri qədər incələməmişəm və onu artıq yox olmuş bir çox dillərlə əlaqədə dil araşdırmaları üçün nadir nüsxə hesab etmişəm”.
 
Təsəvvür edirsinizmi, türk dili mütəxəssisi, professor üçün bu cümləni yazmaq nə qədər ağırdır? Onun “cinayət” maddələri də qəribə səslənir. Məsələn, günahlarından biri “M.Kaşğarlının pantürkist kitabı”nı (Divani-lüğət it türk) tərcümə etmək, ikincisi -“zərərli elmi araşdırma aparmaq”, üçüncüsü - “Pantürkist B.Çobanzadəni müdafiə etmək” və s. idi.
 
Zifeld hətta dostlarının, eləcə də türkoloq alimlərin onun haqqındakı ifadələrinə təəccüb etmiş, iftira atdıqlarını yazmış və çox təəssüf və təəccüblə “Nə üçün Qubaydullin mənə iftira atdı?” - deyə sarsılmışdı...
 
Həmin illərin çap olunan arxiv materiallarında bir qəribə “süjet xətti”, gedişat da müşahidə üçün maraqlı gəldi. Deməli, tutulanlar nə vaxt ki, amansızlıqla döyülür, onda hər şeyi açıb danışır və “etiraf dolu izahatlar” yazırlar, sakit və rahat, fiiziki təzyiqlərin dayandırıldığı günlərdə isə tam başqa cür ifadələr verir, əvvəlki izahatların zorla yazdırıldığını bildirir və özlərini günahkar bilmədiklərini israla bəyan edirlər...
 

 
Stalin repressiyalarının öz anatomiyası, patoloji sadizm metodikası vardı. Sadəcə öldürmək yox! Başqalarına da görk ola biləcək, başqalarını da daima qorxu altda saxlaya biləcək ölüm çeşidləri düşünülürdü. İnsanların hamısı güllələnmirdi. Bu repressiya öz qurbanını əvvəlcə mütləq mənən, psixoloji olaraq məhv edirdi. Sarsıdır, içində bəsləyib, qoruyub saxladığı bütün müsbətlikləri onların öz əli ilə tar-mar edirdi. Dostluq, millətsevərlik, mərdlik hissi məhv olunan insanlar artıq mühakimənin məğlub tərəfi kimi sadəcə fiziki mövcudluğunun hayına qalır, yaşamaq naminə hər şeylə razılaşırdı. Zifeld də güllələnmədi, amma sürgün olundu, özü də elə bir yerə ki, sağlamlığı üçün tam zərərli bir iqlimi olan Kolımaya. 50 yaşlı alimin anketində isə  “qocalığı və ürək xəstəliyi səbəbindən öldü”- yazıldı.
 
 “Heç bir xəstəliyi olmayan, 50 yaşlı bu enerjili insan 16 aylıq həbsxana həyatı və 6 aylıq sürgündən sonra tükənmiş qocaya döndü və öldü”.  (F.D.Aşnin, V.M.Alpatov, D.M.Nasilov. “Məhv edilmiş türkoloqlar”)
 
Azərbaycanda da repressiya mənzərəsi və prosesi eyni ssenari əsasında formalaşmaqda idi.
          
Bu məqamda bir məsələyə də diqqəti cəlb etmək istərdim. Biz bəzən repressiya zamanının hadisələrini yox, adamlarını təhlil edirik. Və hətta illəri nəzərə almadan. Məsələn, 1923-cü il ilə 1936-1937-ci illər arasında kəskin siyasi, ictimai və sosial fərqlər vardı. 10-15 il boyunca izlənilən, müşahidə edilən və nəzarətə alınan adamların adları ölüm və sürgün siyahılarında möhkəmlənirdi. 1937-ci il tufanında heç kim nə H.Cavidi, nə də Ə.Cavadı xilas edə bilməzdi. Halbuki, məsələn, 1923-cü ildə Ruhulla Axundov tutduğu postda  millətin elmi-mədəni inkişafına dəstək olan çox addımlar atmışdır. Əslində çox təhlükəli addımlar... Uzun illər B.Çobanzadəni bolşevik hücumlarından qorumuş, əksinqilabçı və müsavatçı kimi tanınan Ə.Cavadın şeirlərinin kitablara salınmasına izn vermişdi. “... R.Axundov türk xalıqlarının elm təmsilçilərini Bakıya dəvət etməyi vacib hesab edirdi. Mühakimə zamanı sabiq Azərbaycan KP MK katibini “burjua millətçisi” və “pantürkisti” kimi sübut etmək  üçün bu dəlillər kifayət idi. Onun və B.Çobanzadənin məhkəmə qovluğunda Axundovun bu məşhur elm adamını 10 il boyunca müdafiə edib dəstəklədiyinə dair bir çox məlumatlar yer almışdır. 1923-cü ildə müsavatçı F.Köçərlinin “Azərbaycan ədəbiyyatı tarixinə dair məlumatlar” adlı kitabını çap etdirmişdi. Müəllifin həyatda olmamasına baxmayaraq çap icazəsini R.Axundov vermişdi. O, həm də Bakıda çalışan türk alimi İsmayıl Hikmətin kitabının və əksinqilabçılıqda günahlandırılan Ə.Cavadın şeirlərinin yayımlanmasına da icazə vermişdir”.  Və 20-ci illərdə görülən bu işlərin, bütün bu addımların cavabını 30-cu illərdə R.Axundovdan cümlə-cümlə, söz-söz soruşmağa başladılar...
 
Ə.Cavadla eyni cəbhədə olanlar belə onun haqqında məhkəmələrdə ziyanlı ifadələr verirdilər. Maraqlıdır ki, S.Vurğun sovet şairi kimi Yazıçıların 1937-ci il mart plenumunda məcburiyyət qarşısında qalıb onun üzünə hökm oxuyurdusa, müsavatçı dostlarının bir çoxu da həbs olunan zaman elə həmin məcburiyyət nəticəsində Ə.Cavadın “cinayətləri”nə şahidlik edirdilər. Amma nədənsə bu gün insanlar eyni ifadələr, eyni günahlandırma sahiblərindən ölənləri, öldürülənləri unutdu, sağ qalanları isə bu gün belə unutmadı. Yəni, Ə.Cavadın müsavatçı dostlarının onun haqqında həbsinə səbəb olan yazılı ifasdələri sanki nəzərə alınmadı. Məsələn, B.Talıblı və H.Zeynallıya dedizdirilib yazdırılan ifadələr buna misal ola bilər. Onlar  bildirmişlər ki, Ə.Cavad həmişə deyirdi ki, “türklər bütün millətlərdən üstündür” və ya “Mən Azərbaycanın sovetləşməsini həyatımın ən bədbəxt günü hesab edirəm” və s. Ə.Cavad Şekspiri, Puşkini, Ş.Rustavelini və başqa məşhur yazarları dilimizə tərcümə etmişdi. Amma onun həbsi üçün sadalanan maddələrdən biri yenə H.Zeynallının dilindən yazılıb. H.Zeynallı ifadə verərək bildirib ki, Ə.Cavad Ş.Rustavelinin yubileyi ilə əlaqədar olan tərcüməsini (“Pələng dərisi geymiş pəhləvan”) vaxtında çatdırmadı. “Məhkəmə zamanı, 1936-cı ildə H.Zeynallıdan zorla  alınan ifadəyə görə guya Rustaveli ildönümünə çatdırmamaq üçün işi pozmaq məqsədilə Ə.Cavad  tərcüməni ləngitdi. (Yubiley 1937-ci ilin sonlarında olmalı idi.) Sonralar, bəraət veriləndə məlum oldu ki, tərcümə vaxtından əvvəl tamamlanmış və tərcüməçinin (Ə.Cavad-İ.M.) tutulmasından iki həftə qabaq təhvil verilmişdir”. (“Məhv edilmiş türkoloqlar”) Talıblının da ifadəsi ürəkağrıdıcıdır:“Ə.Cavad yaxın zamanlara qədər Azərbaycan xalqına tamamən yad olan türk dilində yazırdı”... S.Vurğun da məcburiyyətdən Ə.Cavadın əleyhinə çıxış etmişdi, onlarla müsavatçı dostları, məsləkdaşları da... Amma sovet şairi S.Vurğunun çıxışı daha çox mühakimə olundu...
 
Məsələ həm də ondadır ki, 1920-ci illərdə belə özünü daima sovet hökumətinin barışmaz qüvvələrindən biri kimi aparan, “Mən müsavat şairiyəm” deyən Ə.Cavad sonrakı ağır illərdə kolxoza da, pambığa da, Moskvaya da şeir yazdı, amma bu addımı da onu “bağışlatmadı”...
 
1937-ci ilin mart ayında Azərbaycan Yazıçılarının plenumunda Ə.Cavad haqqında hökm verilməli idi. S.Vurğun deyir: “...Cavad üçün hər bir şərait yaradıldı, sənə Azərbaycan Sovet Yazıçılar İttifaqının kitabçası verildi, böylə bir mötəbər təşkilatın üzvi oldun. Sistematik olaraq bu vaхta qədər yoldaşlar sənin nöqsanını göstərdilər. Fəqət sən bu müddət ərzində hamıya məlum etdin ki, sən fikrini dəyişmək istəməmisən. Buna görə biz son sözümüzü deməliyik. Buna obyektiv tariх şahiddir. Biz qətiyyən səni qəsd ilə həlak etmək fikrində olmamışıq. 17 il sənə şərait yaratdıqdan sonra məcbur olduq ki, sənə son sözü deyək!” (A. Kənan. XX əsrdə repressiyaya məruz qalanlar. Bakı, 2011)
 
Tənqidçi-ədəbiyyatşünas Əli Nazim haqqında da bu gün birmənalı münasibət formalaşmadığının şahidiyik. A.Kənanın kitabında oxuyuruq: “Ə.Nazimin istintaqa verdiyi izahatdan: Hacıbaba Nəzərli əksinqilabçı, millətçi, bolşeviklər partiyasının daхilində ikiüzlü idi. 1925-ci ildə H.Nəzərli ədəbiyyatda həmçinin, özünün qələmə aldığı əsərlərində əksinqilabi fikirlər irəli sürür, osmançılığı, türk хəlifə mədəniyyətini yayırdı. 1933-34-cü illərdə H.Nəzərli mənə şəхsən dəfələrlə deyirdi ki, Azərbaycanın partiya rəhbərləri ilə mübarizə aparmaq lazımdır.”

pia.az










Bu xəbərə şərh yaz

Şərh əlavə olunmayıb


ƏDƏBİYYAT

design-img

Vernisaj

“Azərbaycanı Moskvada nazirin müavininin təmsil eləməsi siyasi məna daşımır”

bitmap-img3

Rakurs

Bir villanın izi ilə … “Kristal CF” şefi haqda şok məlumatlar

bitmap-img3

Seçmələr

Azərbaycan məmurları xaricdəki milyardlarını itirə bilərlər - “ABLV Bank” qalmaqalı

bitmap-img3


Arxiv
Poliqon Informasiya Agentliyi

Powered by BizimHost - Designed by Camil.I




Рейтинг@Mail.ru
Рейтинг@Mail.ru