Yevlaxda yanğın hadisəsi baş verib
Fövqəladə Hallar Nazirliyindən AzVision.az-a verilən xəbərə görə, Yevlax rayonu, Cırdaxan kəndində ümumi sahəsi 135 m² olan, birmərtəbəli, 3 otaq və aynabənddən ibarət evin aynabəndinin tavanı və çardağı 30 m² sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.
pia.az