Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yazıçımız ABŞ-da təltif olundu


Bu günlərdə Azərbaycan yazıçısı Varis Yolçuyev Yazıçıların NyuYork Beynəlxalq Konfransında iştirak etməsi və 58 akademik saat seminarı uğurlu şəkildə tamamlaması münasibəti ilə "Promotion of Creative Writing in the USA" (Kreativ yazıçıların ABŞ-da təbliği) layihəsi çərçivəsində Fərqlənmə Sertifikatı ilə təltif olunub


Rəsmən "Writer`s Digest Annual Conferense" adlanan Yazıçıların Beynəlxalq Konfransı 2016-cı ilin axırlarında NyuYorkda keçirilib. Konfransda yazıçılar Fil Seqston, Emili Libert, Qabriela Pereyra, Libbi Kadmor Matyu Kuin Martin kimi tanınmış ədəbiyyat mütəxəssislərinin "Tarixi roman üçün tədqiqat", "Dinamik xarakterlərin yaradılması", "Uğurlu müəllif olmağın sirləri", "Dram janrı müasir dönəmdə" kimi seminarlarının, "Müəlliflər üçün marketinq strategiyası", "Dövrün nəbzini necə tutmalı" kimi təlimlərin dinləyiciləri olmuşlar.

Konfransda ABŞ naşirləri, ədəbi agentləri və redaktorları üçün təşkil edilən uğur qazanacağı ehtimalı yüksək əsərlərin pitçinq (sinopsis təqdimatı) mərasimi xüsusi maraq doğurmuşdur. Mərasimdə həmyerlimizin "Yetmiş yeddinci gün" romanı da təqdim edilmiş və böyük rəğbətlə qarşılanıb.
"Hər səhər günəş doğarkən üfüqün qırmızı rənginə tamaşa etsən, yetmiş yeddinci gün ömrünə əbədi günəş doğacaq" kimi ilk baxışda mistik bir mesajla xoş gün axtarışında olan insanları ümidləndirməyə ruhdan düşməyərək, əllərini arzularından üzməməyə çağıran bu sayaq romanlara xüsusən indi, dünyanın rənglərinin qaralmağa meyilləndiyi bir zamanda daha çox ehtiyac duyulduğu şəksizdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar