Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Yanğın zamanı “Gazelli”yə nə qədər ziyan dəyib?


Bu gün “Gazelli” şirkətinə məxsus anbarların birində baş vermiş yanğın nəticəsində dəymiş maddi ziyanın müəyyən edilməsi ilə bağlı dəqiqləşdirmələr aparılır


Bu barədə Milli.Az-ın soruğusunu cavablandıran "Gazelli Group" MMC-nin  İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yelena Eyvazlı bildirib.

Onun sözlərinə görə, hazırda məsələ ilə bağlı araşdırma aparılır: "Hələlik heç nə məlum deyil. istintaq başlayıb, araşdırmalar aparılır. Araşdırmaların nəticəsi ictimaiyyətə açıqlanacaq. Hələlik dəymiş ziyanla bağlı dəqiq heç nə deyə bilmərik".

Qeyd edək ki, bu gün Bakıda Xəzər rayonunun Şüvəlan qəsəbəsində yerləşən "Gazelli" kosmetika zavodunun anbarında güclü yanğın baş verib. Yanğın Fövqəladə Hallar Nazirliyinin hadisə yerinə cəlb olunmuş çoxsaylı canlı qüvvə və texnikalarının köməyi ilə söndürülüb. Hadisə nəticəsində xəsarət alan olmasa da, zavoda ciddi maddi ziyan dəyib.

Xatırladaq ki, "Gazelli Group" MMC Azərbaycanda təbii bioloji komponentlər əsasında kosmetik məhsullar istehsal edən yeganə şirkətdir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Ən çox oxunanalar