Çərşənbə axşamı, 19 Mart 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Xaricdə pulsuz təhsil bərpa edilsə, nə baş verəcək?


“Artıq bir neçə ildir ki, Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı dayanıb. Amma bir çox ixtisas üzrə, əsasən də kənd təsərrüfatı, iqtisadiyyat, ekologiya, tibb elmləri sahəsində peşəkar kadrlara ciddi ehtiyac var”


Bu sözləri Axar.az-a təhsil eksperti Kamran Əsədov deyib. O, təhsil naziri Ceyhun Bayramovun hökumət qarşısında təkliflə çıxış edib, yenidən xaricdə təhsil proqramının bərpasına nail olacağına ümid etdiyini bildirib:

Azərbaycan müstəqillik əldə etdikdən sonra hökumət özünə lazım olan bilik və bacarıqlara malik şəxsləri hazırlamaq üçün xarici ölkələrə tələbə göndərilməsini təmin etdi. Bunun üçün 2007-2015-ci illərdə bu proqram çərçivəsində 3500-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq hüququ qazanıb. Onlardan 1589 nəfəri təhsillərini başa vuraraq Azərbaycana qayıdıb. Həmin gənclərin bir çoxu dövlət müəssisələrində, daha böyük hissəsi isə özəl sektorda çalışırlar. Sevindirici haldır ki, xaricdə magistratura təhsili alan gənclər Azərbaycanın müxtəlif ali təhsil müəssisələrində pedaqoji fəaliyyətə cəlb olunublar”.

Təhsil eksperti Nadir İsrafilov isə xaricdə bakalavr təhsilinin əleyhinə olduğunu bildirib:

“Bu proqramın başa çatması ilə əlaqədar xaricdə təhsilin dayandırılmasını bu istiqamətdə təkmilləşdirilmə işlərinin aparılacağı ilə bağladılar. Bu mövzu KİV-lərdə işıqlandırılarkən, təbii ki, məsələyə birmənalı yanaşılmadı. Müxtəlif fikirlər səsləndirildi. Bu addımı xaricdə təhsilin qarşısının alınması kimi də dəyərləndirdilər. Xaricə gedən cavanların böyük əksəriyyətinin geri qayıtmaması, ölkədən beyin axınının, valyuta axınının baş verməsi kimi qiymətləndirənlər də oldu. Bu baxımdan, bu mövzunun geniş müzakirəyə ehtiyacı var. Dövlət hesabına xaricə tələbə göndərilməsi prezidentin səlahiyyətində olan məsələ olmasına baxmayaraq, hökumət qarşısında müvafiq məsələ qaldırmaq, konkret təklif irəli sürmək hələ ki, heç bir qanunvericiliklə qadağan olunmayıb. Amma elə sahələrə adam göndərməliyik ki, bizdə o sahə olmasın və ya zəif olsun”.

Xaricdə təhsili Azərbaycandan beyin axını və külli miqdarda valyuta getməsi kimi qiymətləndirən N. İsrafilov, proqramın universitetlərimizin inkişafdan qalmasına səbəb olduğunu bildirib:

“Xaricə gedən bakalavrların böyük əksəriyyəti geri qayıtmır, çünki gedib xarici mühitə öyrəşirlər. Amma magistr və doktorların qayıtma ehtimalı çoxdur. Çoxu ailə qurur deyə, istər-istəməz qayıtmalıdır. Xarici ölkələrdə əksər universitetlərin ödənişləri bizdən xeyli aşağıdır. Lakin biz ödənişləri qaldırmaqda davam edirik. Ödənişlərin qaldırılması bu prosesi bir az sürətləndirə bilər. Ona görə də universitetlərdəki təhsil haqqı ilə bağlı məsələlər nizama salınmalıdır. Düzdür, bu istiqamətdə müəyyən işlər gedir. “Yerli ali təhsil müəssisələrinin akademik potensialının təkmilləşdirilməsi üzrə Dövlət Proqramı”nın layihəsi xarici ölkələrdə təhsil üzrə Dövlət Proqramından fərqli olaraq əcnəbi professor-müəllim heyətinin Azərbaycanın aparıcı universitetlərində tədrisə cəlb olunması, onların iştirakı ilə birgə elmi tədqiqatların aparılması kimi yeni məqsədlər əlavə olunub”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Bukingem sarayı kral III Çarlzın ölüm xəbərini təkzib edib - Yenilənib

Məşhur avtomobil markasının Azərbaycanda istehsal tarixi açıqlandı 

Bu gün ilaxır çərşənbə - Torpaq çərşənbəsidir

Tacir Şahmalıoğlu: “Evliliyim alınmadı, boşandım”

Ramazan ayının doqquzuncu gününün imsak, iftar və namaz vaxtları    

Nömrəsini sərnişinə vermək istəyən sürücü cəzalandırıldı - Açıqlama

“Qarabağ”ın baş məşqçisi cəzalandırılıb

Növbəti köç karvanı Füzuli şəhərinə çatıb, mənzillərin açarları təqdim olunub - Yenilənib

Ən çox oxunanalar