Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Tramp Qarabağ münaqişəsinin həll prossesində yeni mərhələyə start verə bilərmi?


Politoloq: “Qarabağ ətrafında müsbət proseslərin başlaması tərəflərın siyasətindən asılıdır”


“Doğurdan müharibə şəraiti yaranmazsa, ABŞ-ın Dağlıq Qarabağ danışıqlarına yeni stimul verməsi üçün aktivləşəcəyini düşünmürəm”.

Bu fikirləri PİA.AZ-a politoloq Nəsimi Məmmədli son vaxtlar AzərbaycanErmənistan tərəfləri arasında atəşkəsin tez-tez pozulması və Tramp administrasiyasının Dağlıq Qarabağ probleminə olan münasibəti məsələsinə fikir bildirərkən qeyd edib.

Son günlər Dağlıq Qarabağ münaqişəsi ətrafında gərginlik hər gün də artır. Bəzi Qərb analitikləri isə Qarabağ müharibəsinin yenidən başlaya biləcəyi ilə bağlı radikal proqnozlar verirlər. Cəbhə xəttində gərginliyin artması ABŞ Dövlət Departamentinin də diqqətini cəlb edib. ABŞ Dövlət Departamentinin mətbuat katibi Hizer Noyert Dağlıq Qarabağda itkilərlə müşahidə olunan zorakılıq hallarının artması ilə bağlı məlumat yayaraq AzərbaycanErmənistan tərəflərini danışıqları bərpa etməyə çağırıb. Hazırkı vəziyyətdə Tramp adminstrasiyasının Dağlıq Qarabağ münaqişəsinə diiqqət ayırması və Trampın münaqişə ilə bu və ya digər şəkildə diqqətinin ortaya çıxması münaqişənin həll prossesində yeni mərhələnin start götürməsinə təkan verə bilərmi?

Bu mövzü ilə bağlı PİA.AZ-ın əməkdaşı politoloq Nəsimi Məmmədliyə müraciət edib.

Картинки по запросу nəsimi məmmədli

Nəsimi Məmmədli: “Hazırda Azərbaycan-Ermənistan arasındakı gərginlik nə münaqişənin yenidən alovlanmasına, nə də həllinə xidmət edir”.


Politoloq sərhəddə yaşanan gərginliklərin hansısa real nəticələrə gətirib çıxara biləcəyini düşünmür. Cəbhədə gərginliyin hökm sürməsi yalnız hər iki ölkənin daxili ictimai rəyinə hesablanmış addımlar. Nəsimi Məmmədli onu da qeyd edib ki, Azərbaycan tərəfinin isə münaqişənin həlli ilə bağlı hansısa konkret siyasi-hərbi planı yoxdur:

“Hazırda Azərbaycan-Ermənistan arasındakı gərginlik nə münaqişənin yenidən alovlanmasına, nə də həllinə xidmət edir. AzərbaycanErmənistan hökumətlərinin üzləşdiyi sosial böhran bu ölkələrin daxilində gözlənilməz siyasi gərginlik yaratmasın deyə tərəflər təmas xəttində qarşılıqlı fəallıq nümayiş etdirir. Bu, mövsümi xarakterlidir və bir müddət sonra öncəki durum bərpa ediləcək.

Ermənistan Azərbaycan torpaqlarını faktiki olaraq işğal edib və bu ərazilərdə durmadan möhkəmlənir. Onlar düşünür ki özləri güclü tərəfdir və sülh üçün güzəşt edəcək məhz zəif tərəf olmalıdır. Təəssüf ki Azərbaycan hökumətinin isə işğala son qoymaq üçün heç bir konseptual siyasəti yoxdur. Hökumətin ara-sıra populist bəyanatlarını çıxsaq, heç bir real hərbi-diplomatik fəaliyyətdən danışmaq mümkün deyil. Reallığı həm Ermənistan, həm də beynəlxalq sülhyaratma missiyasına daxil olan dövlətlər dəqiq bilir. Rusiyanın qarşısında Azərbaycan hökümətinin torpaqlarını azad etmək üçün müharibə başlatmayacağı da, həm Ermənistana, həm də beynəlxalq ictimayyətə bəllidir. 

Odur ki, ABŞ ATƏT-in Minsk qrupunun həmsədrlərindən biri kimi yalnız bu çərçivədə fəaliyyətə üstünlük verir. ABŞ-ın strateji planlarında Cənubi Qafqaz dövlətlərinin sülh şəraitində yaşamasını təşviq etmək məsələsi özünəməxsus formada yer alsa da, hələlik bu planların gerçəkləşməsi istiqamətində açıq və fəal təşəbbüslər nəzərə çarpmır. Bunun üçün real şərtlərin nə zaman yetişəcəyi də bəlli deyil. Ona görə də doğurdan müharibə şəraiti yaranmazsa, ABŞ-ın Dağlıq Qarabağ danışıqlarına yeni stimul verməsi üçün aktivləşəcəyini düşünmürəm.

Qarabağ ətrafında müsbət proseslərin başlaması məhz tərəflərın yürütdüyü siyasətindən asılıdır. Təhlillər göstərir ki, 23 ildən çoxdur davam edən atəşkəs hər iki hökuməti  qane edir. Bütövlükdə Azərbaycan cəmiyyəti, ölkəni idarə edən hökumət problemin həllində tam maraqlı olarsa və bu istiqamətdə konseptual fəaliyyət ortaya qoyarsa, o zaman beynəlxalq birliyin də konkret addımlarını görəcəyik”.

Sübü ƏZİZLİ
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar