Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Silah bazarı


Son iki gündə hüquq-mühafizə orqanları tərəfindən paytaxtın müxtəlif yerlərində iki silahlı münaqişə qeydə alınıb


Bunlardan birinin “Xətai” metrostansiyası yaxınlığındakı “Demirchi Tower” biznes mərkəzində, digərinin isə Nərimanov rayonunun Ağa Nemətulla küçəsində baş verdiyi bildirilir. Birinci hadisə zamanı bir nəfər qətlə yetirilib. İkinci insident isə xoşbəxtlikdən, insan ölümündən yan keçib. Fikir verin, adı çəkilən məkanların hər ikisi şəhərin mərkəz ərazisinə aiddi. Bu nə deməkdi? Deyəsən, kim harda mübahisə eləyir, məsələnin həllinə elə ordaca odlu silahla girişir. Bir də görürsən, şəhər restoranlarının birində, yaxud şadlıq sarayında silahlı qırğın düşdü, kimsə öz təkəbbürünü, yaramaz eqosunu avtomatla, neçə adamın həyatı bahasına diktə elədi. Kriminal qanunlara əsasən, kiminsə söhbəti silaha gəlib dirənəndə ətrafdakılara xətər toxundurmamaq üçün ən azı, mərkəzdən aralanırlar. İndi o yazılmamış qanunları da pozurlar. Bir də gördün, biri cibindəki pula söykənərək barda güllə çiləyir. Doğrudanmı, insanların gözünü bunca qan örtüb?
  
Verilən məlumatda bildirilir ki, “Demirchi Tower” biznes mərkəzindəki qətldə “Vinçester”, ikinci münaqişədə isə “Makarov” tipli tapançalar “iştirak edib”.  Burdan bir sual ortaya çıxır. Adamlar “Vinçester”, “Makarov” tipli silahları hardan əldə edirlər?
 
Məlum olan bu ki, sahibi “Vinçester”i ov silahı kimi öz adına qeydiyyatdan keçirdibmiş. Bəs ov üçün alınmış silahın xırda münaqişələrdə nə işi?
 
Əvvəllər belə idi, ov silahı yalnız ovçular cəmiyyətinin üzvü olanlar üçün nəzərdə tutulurdu. Həm də ov mövsümü qurtardıqdan sonra bir qayda olaraq, silah təhvil verilirdi. Ovçu ovun mövsümi növünə görə digər kalibrli silahlardan da götürə bilirdi. Məsələn, cəmiyyətin üzvü olan ovçu kəklik ovu üçün nəzərdə tutulmuş silahı təhvil verib, qaban ovu üçün silah götürə bilirdi. Həm də bu silahlı ovçular ov mövsümləri ilə bağlı xüsusi təlimatlar alırdı. Bəs indi nə baş verir?
 
Deməli, hər yerindən duran adını ovçu kimi qeydiyyatdan keçirdərək, özünə odlu silah götürə, sonra da həmin  silahı çiyninə aşırdıb “söhbət çürütməyə” gedə bilər?
 
Vətəndaşın silah gəzdirməsi sivil ölkələrdə tamam başqa cür tənzimlənib. Silahla bağlı hər bir Avropa ölkəsi öz cəmiyyətinin durumuna uyğun qanun qəbul edib. Məsələn, ABŞ-da rəsmi qaydada silah gəzdirməyə icazəsi olan adam əvvəlcə bunun vacibliyini sübut etməli, psixi müayinədən keçməli, sonra əl izini qeydiyyata  aldırmalıdı. Psixi durumu yerində olmayan, xırda mübahisəyə qızğın reaksiya göstərən emosional birisinə silahmı vermək olar? 
 
Hələ söz saldığımız bu münaqişələrə qədər, Bakıda qeydə alınan çoxlu sayda silahlı toqquşmalar olub ki, orada avtomat kalaşnikovların alovlu ağzı açılmışdı. Qanunvericiliyə görə, Azərbaycanda hərbi və mühafizə sistemində işlədilən silahların satışına icazə yoxdu. Yaxşı, bəs onda kriminal silahlı birləşmələr, radikal dini qruplaşmalar “Makarov”, “Kalaşnikov” tipli odlu silahları hardan əldə edirlər? Belə çıxır ki, Bakıda gizli silah bazarı var.
 
Söz yox, hər dəfə silahlı toqquşma olanda ötəri də olsa, silah satılan “qara bazar” sözü dövriyyəyə gəlir və tədricən də sönüb dövriyyədən çıxır. Xüsusi əməliyyatlar zamanı DİN əməkdaşlarının cinayətkar qruplar tərəfindən bu tip odlu silahlar və əl qumbaraları ilə qarşılanması azmı olub?
 
Əsəbi və gərgin cəmiyyətin insanları, bir qayda olaraq, silaha meylli olur. Daha böyük fəlakətlərlə qarşılaşmamaq üçün bu məsələ daima nəzarətdə saxlanılmalıdı.

Murad KÖHNƏQALA(kulis)
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar