Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Şeyx İlham Əliyevə oğul nəvəsi arzuladı


“Bizim qurum - Qafqaz Müsəlmanları İdarəsi Heydər Əliyevə, onun siyasətinə, onun vəsiyyətlərinə həmişə sadiq olub”


Bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə müqəddəs Ramazan ayı münasibətilə öz iqamətgahında açdığı iftar süfrəsində deyib.

O, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin də qatıldığı iftar mərasimində bildirib: “Allah-Təala bizə ömür versin. Ömrümüzün axırına qədər bu əqidədə qalacağıq. Əlbəttə, Heydər Əliyev çox böyük şəxsiyyət, dahi siyasət xadimi, həm də vəfalı dost, sözünə, əməlinə sadiq bir insan idi.

Zati-aliləri, Sizin bu iftar süfrəsində bizimlə birlikdə olmağınızı mən bu sədaqətin, bu vəfanın davamı hesab edirəm. Ona görə də öz adımdan, ailəm adından, dindarlar adından Sizə minnətdarlığımı bildirirəm. Mən bilirəm ki, Siz də, Mehriban xanım da çox işləyirsiniz. Bəzən yorğunluq olur. Sizin gözəl nəvələriniz vardır. Onları yanınıza gətirirlər, onlarla görüşəndən beş-on dəqiqə sonra yorğunluğunuz yaddan çıxır.

Bu gecələr duaların qəbul edildiyi əhya gecələridir. Zati-aliləri, mən dua edirəm ki, Allah-Təala Sizə və Mehriban xanıma oğlunuzdan nəvə nəsib etsin, inşallah. Onunla bərabər olasınız, görüşəsiniz və bütün bu yorğunluqlar yaddan çıxsın.

Allah-Təaladan arzu edirəm ki, Sizin ailənizi xoşbəxt etsin. Bütün Azərbaycan xalqına xoşbəxtlik arzu edirəm. Allah-Təala xəstələrə şəfa versin, dualarımızı, ibadətlərimizi qəbul etsin, növbəti iftarı da bizə nəsib etsin, inşallah”.(qafqazinfo)


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar