Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Səbaildə hesabat yığıncağı keçirilib


Səbail Rayon İcra Hakimiyyətində 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunları və qarşıda duran vəzfələrə həsr olunmuş hesabat yığıncağı keçirilib


Rayonun idarə, təşkilat və müəssisələrinin, hüquq-mühafizə orqanlarının, xidmət sahələrinin rəhbərlərinin, eləcə də ictimaiyyətin nümayəndələrinin iştirakı ilə keçirilən yığıncağı açan  Səbail rayon İcra Hakimiyyətinin Başçısı Eldar Əzizov Nazirlər Kabinetinin 2017-ci ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına  və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında Prezident İlham Əliyevin proqram xarakterli nitqinin bir sıra məqamlarına toxundu. Bildirdi ki, bu gün bir çox aparıcı dünya ölkələrinin rəhbərləri, xüsusən də Böyük Britaniyanın baş naziri son çıxışında birldirmişdir ki, hazırda dövlətin vahidliyini qorumaq və inkişafını təmin etmək üçün güclü hakimiyyətin olması vacibdir.
Bizim isə xöşbəxtliyimiz ondadır ki, Azərbaycan dövlətinin cənab İlham Əliyev kimi zəngin intellektli, dərin zəkalı və  çox böyük istedada  malik güclü rəhbəri vardır.

Yıgıncaqda qeyd olundu ki, 2017-ci ilin birinci rübündə Səbail rayonunda iri sənaye  müəssisələri tərəfindən 6 milyard 090,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 14,6 faiz çox məhsul istehsal edilmiş, iri nəqliyyat müəssisələri tərəfindən görülən iş və xidmətlərin həcmi 92.6  milyon manat və ya keçən ilin müvafiq dövrünə nisbətən 23.1 faiz çox olmuş,  rabitə müəssisələri  tərəfindən görülmüş iş və xidmətlərin dəyəri 24.9 milyon manat təşkil etmişdir.

Rüb ərzində bütün maliyyə mənbələri hesabına əsas kapitala investisiya 2 milyard 121.9  milyon manat olmuş, tikinti quraşdırma işlərinə yönəldilmiş investisiyanın  həcmi 1 milyard 463.8 milyon manat və ya 4.2 faiz,  yerinə yetirilmiş podrat işlərinin həcmi isə 361.4  milyon manat və ya 3.2 faiz artmışdır. 

Rayonun pərakəndə ticarət şəbəkəsindən əhaliyə  152,7  milyon manat məbləğində  və ya 5,2 faiz çox istehlak malları satılmış, xidmət müəssisələri tərəfindən isə əhaliyə 69,7 milyon manatlıq pullu xidmət göstərilmişdir ki, bu da  9,3 faiz çoxdur. 3 ayda ictimai iaşə dövriyyəsi 9.6 faiz artaraq 49.9 milyon  manat,  ödənişli xidmətlərin həcmi isə 9.3 faiz artaraq 69.7 milyon manat olmuşdur.

2017-cı ilin I rübü üzrə Səbail rayonunda çalışan işçilərin sayı 116808 nəfər, orta aylıq əmək haqqının məbləği isə 1339.6  manat olmuşdur ki, bu da keçən illə müqayisədə  7.9  % çoxdur.

3 ay ərzində Səbail rayonda  952  yeni daimi iş yeri, ümumilikdə isə 2003-cü ilin 01 oktyabr tarixindən 01.04.2017-ci il tarixinə kimi rayonda  50089–i daimi olmaqla 53557 yeni iş yerləri acilmişdir. 

Qeyd olunmuşdur ki, hazırda rayon ərazisində bir sıra müxtəlif təyinatlı obyektlərin, 2 yeni mehmanxananın tikintisi, İncəsənət muzeyinin əsas binasının və Bülbül adına orta ixtisas musiqi məktəbinin əsaslı təmiri davam edir, RİH tərəfindən 157 saylı uşaq bağçasının sökülərək yenidən tikintisi və  Badamdar şossesinin müasir standartlara uyğun yenidənqurulması aparılır. Dövlət Proqramı çərçivəsində Badamdar  qəsəbəsinin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması ilə bağlı işlər sona çatmaq üzrədir.

Ölkə başçısının təşəbbüsü ilə rayonda tam yenidənqurmaya ehtiyacı olan,  köhnəlmiş  yaşayış binalarının sökülüb yerində müasir binaların tikintisi ilə bağlı son bir ildə 10-dan çox müasir layihə təsdiq olunub. Artıq Badamdar qəsəbəsi, Tofiq Məmmədov və Bayıldakı Neftçi Qurban, Xanlar,  Fuad Əbdülrəhmanov, Aqil Əliyev, Rastropoviçlər küçələrində çoxmənzilli yaşayış binalarının tikintisinə başlanıb. Onların həyata keçirilməsi işlərinə RİH tərəfindən hər cür köməklik göstərilir. 
2016-cı il ərzində Bibiheybət qəsəbəsində «Şıx» ərazisindəki dağ massivində “Ekoloji park”da 29 ha ərazidə 75 min ədəd yeni Eldar şamı, kiparis və püstə ağacları, Badamdar qəsəbəsində 5 ha sahədə isə  5000-nə yaxın zeytun ağacı əkilərək böyük bağ salınmışdır. Bu ağaclara gündəlik qulluq göstərilməsi üçün müvafiq tədbirlər həyata keçirilir. 
RİH tərəfindən Əhəd Yaqubov küçəsində Su İdmanı sarayı ilə üzbəüz boş ərazidə ilkin olaraq 1,5 ha sahədə yeni orijinal İstirahət parkının salınmasına başlanmışdır. Layihəyə əsasən parkda basketbol, tennis və futbol üçün Multi-idman meydançası, açıq havada trenajor zalı, uşaqlar üçün velotrek, uşaq əyləncə qurğularının yerləşdiriləcəyi meydança düzəldilir. 

Yığıncaqda sakinləri narahat edən suallar cavablandırıldı, nöqsanların araşdırılması və aradan qaldırılması üçün aidiyyəti qurumların rəhbərlərinə müvafiq tapşırıqlar verildi. 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar