Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanın Liviyaya dair düşüncəsi nədir?


Kremlin Yaxın Şərq siyasətində küt praqmatizm


Vasili Kuznetsov

"Al-Monitor"

Liviyanın BMT tərəfindən dəstəklənən hökumətinin başçısı Fayez əl-Sərrac Rusiya diplomatları və vəzifəli şəxsləri ilə görüşmək üçün martın 2-3-də Moskvaya rəsmi səfər edib.

Rusiya Liviyada da səylərini gücləndirir və deyəsən, geniş regional kontekstdə bu, narahatlıq doğurur.

Belə bir məşhur fikir var ki, Rusiyanın xarici siyasəti, o cümlədən Yaxın Şərqdə planlaşdırma bəzən taktiki cəhətlərə görə qüsursuz ola bilər, lakin strateji düşüncə çatışmır. Bəzilərinin gümanına görə, Kremlin xarici siyasətində həmişə gözlənilməzlik mövcud olub.

Rusiyanın Yaxın Şərq marağının dirçəlişi Vladimir Putinin ikinci prezidentlik müddətinə (2004-2008) təsadüf edir və hakimiyyət iqtisadi inkişaf və ən müxtəlif iqtisadi əlaqələrə ehtiyaclı olduğundan bu fasilə xeyli uzun çəkdi. 

2011-ci ildə o zaman prezident olan Dmitri Medvedev və baş naziri olan Vladimir Putin arasında Liviya ilə bağlı BMT Təhlükəsizlik Şurasının 1973 nömrəli qərarı barədə məşhur nifaq da Rusiyanın praqmatik mövqeyinə illüstrə ola bilər. Rusiya Təhlükəsizlik Şurasındakı səsvermədə bitər qaldı, beləliklə, diktatorun hamisi və münaqişədə iştiraçısı obrazından qurtuldu. Eyni zamanda, İraqa dəyən ABŞ ziyanına istinadən Putin Qərb siyasətini "yeni səlib yürüşü" adlandırdı.

Heç "Ərəb baharı" nə Rusiyanı küt praqmatizmindən çəkindirmədi. Hətta 2012-13-cü illərdə Rusiyada ekstremist elan edilmiş "Müsəlman Qardaşlar"ın, Məhəmməd Mursinin Misirdə hakimiyyətdə olması da ən yüksək səviyyədə güclü ikitərəfli əlaqələri poza bilmədi.

Qərblə gərginliyin daha da güclənməsinə gətirib-çıxaran Ukraynadakı bədnam hadisələrdən sonra siyasət və təhlükəsizlik Moskva üçün iqtisadiyyatdan daha üstün oldu. Hələ ki, özünün "Şərqə dönüş"ü istisna olmaqla, xarici siyasətində hər hansı aydın strategiya hazırlamaqda Moskva uğursuz olub. Hətta 2015-ci ilin sentyabrında Suriyada hərbi əməliyyatların başlaması belə, aydınlaşdırmadı ki, Moskva Birləşmiş Ştatları "Yaxın Şərqin hegemonluğuna" son vermək istəyir və ya sadəcə regionda Vaşinqtonla yarışır. Bu tapmacadır.

Strategiyanın yoxluğu, göründüyü kimi, hakim siyasi elitanın şüurlu seçimidir, onun qarışıq düşüncəsinin əlaməti deyil. Postmodern etibarlı strategiyanın yoxluğu ilə xarakterizə olunur. 

ABŞAvropanın Yaxın Şərqdə çoxsaylı uğursuzluqları əslində, 2011-ci ildə Liviyada etdiklərinin nə dərəcədə yanlış, mənasız və dağıdığı olmasına qrafik illüstrasiyasının sübutudur.

Buna görə də strateji məqsədlərin ləğvi dəyərlər, dünya siyasəti prinsipləri və Rusiyanın dünyada yerinin yeni təhlilini tələb edir.

1999-ci ildə NATO-nun Yuqoslaviyanı bombardman etməsində sonra Rusiyada siyasi isteblişmenti öz maraqları naminə bəşəri dəyərlərdən sui-istifadə edən Qərbə şübhə var. Keçmiş sovet dövründə kimi, kapitalist dünyanın riyakarlıq obrazı yaradılıb.

Lakin Rusiyadan üz döndərən Qərb liderləri ilə sonrakı qarşıdurma, habelə Rusiyanın Qərbin bir hissəsi yox, alternativ layihə kimi görülməsi zərurəti dünya siyasətində rus təcrübəsinə dair müzakirələrıə gətirib-çıxardı. Bu müzakirələrdə yanaşma yeddi prinsipə əsaslanır: yalnız sabitlik təhlükəsizlik və inkişafı təmin edə bilər; inqilablar həmişə dağıdıcıdır; sabitlik güclü dövlət orqanları ilə təmin oluna bilər; təsuisatlar xaricə bağlı ola bilməz; sosial-siyasi incinirinq səmərəsizdir; yalnız güclü suveren dövlət təhlükəsizliyini və inkişafı təmin edə bilər; dünya səhnəsində birtərəfli addımlar dağıdıcı təsirə malikdir; beynəlxalq hüquq davamlı dünya nizamı yaratmaq üçün yeganə vasitədir.

Rusiya əsasən Yaxın Şərqdə milli təhlükəsizlik maraqlarını həyata keçirir. Eyni zamanda, 2015-17-ci il hadisələri göstərdi ki, təhlükəsizliyini təmin etmək ehtiyacı beynəlxalq münasibətlərin yeni sabit regional sistemini doğura bilər.

Bu, Liviyaya münaqişənin həllinə dair Moskvanın yanaşmalarını anlamağa imkan verir.

Rusiyanın Liviyada eksistensial maraqları ortaya qoyulmasa da, onun dörd əsas amilini vurğulamaq olar.

Birincisi, Moskva regionda sabitliyə yönəlmiş xətt yeridir. 

İkincisi, Rusiya-Misir münasibətləri Misirin regional mövqeyinin gücləndirilməsi ilə möhkəm ittifaq yaratmaqdan ötrü xüsusi tədbirlər tələb edir. Moskva iddia edir ki, zəif Misir Yaxın Şərqdə sabitliyi daha da pozacaq. Çünki tarixi, coğrafi və demoqrafik amillərlə bu ölkənin əsas rolu müəyyən edilib. Liviya probleminin həllində Misirə yardım Qahirə rejiminin möhkəmləndirilməsi vasitədir.

Üçüncüsü, gündəlik Rusiyanın Aralıq dənizi siyasəti və ölkənin Avropa İttifaqına üzv dövlətlərlə əlaqələrini əhatə edir. Məlumatlı mənbənin sözlərinə görə, Kremlə siqnalları verilib ki, qaçqınlardan əziyyət çəkən Avropa Rusiyanın Liviyanın işlərində fəal iştirakını istəyir və bu, Moskva və Brüssel arasında əlaqələri inkişaf edə bilər.

Eyni zamanda, Liviyada dost və ya sadiq rejim Dəməşq, Qahirə və Tripoli oxunun bir hissəsi kimi ortaya çıxa bilər.

Dördüncüsü, yeni bazarlar əldə etməyə çalışan Rusiyanın biznes iqtisadi maraqları da nəzərə alınmalıdır.

Bütün bu amillər general Xəlifə Həftərin xeyrinə olmaqdan daha çox Liviyada Moskvanın maraqları izah edilə bilər.

Yuri Barmin, Rusiyanın Yaxın Şərq siyasəti üzrə analitik, güman edir ki, Kreml X.Həftəri yeni polkovnik Müəmmər Qəzzafinin kimi qəbul edir. Lakin bu iki lider fərqlidir…

Liviyalı marshal Moskvadan daha çox Qahirədə müttəfiq kimi seçilib. Həftət "Müsəlman Qardaşlar" qarşı olan Misir prezidenti Əbdülfəttah əl-Sisi ilə ideoloji yaxınlığa malikdir, bu. onları Moskva üçün daha cəlbedici edir.

Lakin, bu o demək deyil ki, Rusiya Liviyadakı digər aktyorları görməmək niyyətindədir. Geniş konsensus üçün Suriya təcrübəsinə əsaslanaraq, Liviyada da vasitəçi kimi, Kreml regionun əsas oyunçular olan Misir, Tunis və Əlcəzairi münaqişənin həllinə cəlb edə bilər.(strateq.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Ən çox oxunanalar