Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiyanı dayandırmaq? Çətin məsələdir...


«The Financial Times» qəzeti Rusiyanın artmaqda olan gücündən, Qərbin acizliyindən və qlobal güclərin qarşıdurmasının dünyanı yeni sınaqla üzləşdirməsindən yazır


Müəllif Liliya Şevtsova deyir ki, Rusiya qlobal səhnəyə yalnız Qərbin rəqibi kimi deyil, həm də Qərbdəki cəmiyyətlərin daxili inkişafına təsir etmək niyyətində olan ölkə kimi qayıdıb, nəticədə dünyaya yeni intellektual və geosiyasi sınaq yaradıb.

Qəzet yazır ki, Moskvanın ABŞ-da seçkilərə müdaxiləsi barədə ittihamlar Rusiyanın gücü qarşısında zəifliyi göstərir. Düzdür, Rusiya keçmiş kommunist imperiyası qədər güclü deyil, ancaq onun zərər vurmaq qabiliyyəti Sovet İttifaqınınkından böyükdür və Qərbin Rusiyanı önləmək haqda müzakirələri köməksizlik təsiri bağışlayır.

Müəllif həm də bu durumun tarixi analoqu olmadığını qeyd edir. Kommunizmdən imtina edilsə də, Rusiyadakı sistemin dəyişmədiyini, ölkənin liberallaşacağını gözlədiyimiz halda, liberalların özlərinin yenilənmiş, amma yenə də bir şəxsin idarə etdiyi sistemin mövcudluğuna yardım etdiyini yazır. Nəticədə özünü liberal kimi göstərən, Qərblə guya müttəfiqlik edən, əslində isə onunla açıq-açığına deyil (hələ ki!), daxilinə müdaxilə edərək savaşan dövlətin yarandığını söyləyir.

Müəllifin fikrincə, Sovet İttifaqının süqutu Qərbi rəqibsiz qoydu və onda özünə hədsiz əminlik yaratdı. Bir-birinə zidd fundamental prinsiplər – qanunun hakimliyi və qanunsuzluq, suverenliyə sayqı və təcavüz, demokratiya və bir şəxsin hakimiyyəti arasında dolaşan qeyri-liberallar yeni mühitin onların xeyrinə olduğunu gördülər.

Qəzet yazır ki, hansısa ölkənin qarşısını almaq siyasəti ideoloji dəqiqlik tələb edir, amma Soyuq müharibə dövründən sonrakı dünyanın qeyri-müəyyənliyi belə siyasətə əngəl oldu. «Həm də sənin öz liberal şüarlarını özünə qarşı işlədən rəqibi necə saxlamaq olar? Qarşısındakını nüvə ilə hədələyəni sıxmaq olarmı?», – deyə müəllif sual verir. Cavabında isə dünya ticari və təhlükəsizlik sistemlərinə inteqrasiya etmiş dövləti dayandırmağın uğursuzluqla sonuclanacağını, nüvə ölkəsini sıxmağın daha riskli olduğunu vurğulayır.

Liliya Şevtsova hesab edir ki, Rusiyaya Qərbi tabe etdirmək imkanını verən onun özünə inamı, inadkarlığıdır. Moskva özünümüdafiənin ən yaxşı yolunu aqressiv davranmaqda görür, ona görə də liberal dünyanı parçalamaq taktikasından yararlanır. Bəzi qərblilərin Rusiyaya yaxınlaşma barədə çağırışlarının da, D.Trampın yəqin ki, dəstəkləyəcəyi «işgüzar münasibətlər» siyasətinin də, müəllifin fikrincə, xeyri olmayacaq. Çünki Rusiya «böyük sövdələşmələr» niyyətindədir və niyyətini də açıq bildirir. Moskva qlobal qaydalar qoymaq haqqına yiyələnmək və bu haqqını Qərbə təsdiqlətmək istəyir.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar