Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rusiya işğalçını silahlandırır - Ermənistana yenidən “İsgəndər” verir


““İsgəndər” raketlərinin Ermənistana verilməsində heç bir yenilik yoxdur. Aprel döyüşlərindən sonra Ermənistan Rusiya tərəfinin onun silahlandırmasında təkid edib və nəticədə Rusiya müxtəlif tipli silahları Ermənistana verməyə boyun olub”


Ermənistan “İsgəndər” raketlərini sərhəddə yerləşdirməyə  və Azərbaycana atəş etməyə cürət edə bilməz”.

Bu sözləri hərbi ekspert Tərlan Eyvazov Rusiyanın silah almaq məqsədi ilə Ermənistana üçüncü kredit tranşını şərh edərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Yaxın günlərdə Rusiyanın silah almaq məqsədi ilə Ermənistana üçüncü kredit tranşını verəcəyi gözlənilir. Erməni mətbuatının yazdığına görə həmin kreditə “İsgəndər” raketlərinin böyük partiyası alınacaq və raketlər Azərbaycan-Ermənistan sərhədində yerləşdiriləcək. Ermənistan müdafiə naziri Vigen Sərkisyan da öz növbəsində xəbəri təkzib etməyib və  “İsgəndər” komplekslərinin alınması çərçivəsində rusiyalı partnyorları ilə işi davam etdirdikərini vurğulayıb. “Biz partnyorlarımızla silah alınması imkanları üzərində daim işləyirik, o cümlədən maliyyə alətləri çərçivəsində”-Ermənistan müdafiə naziri “İnterfaks”ın sorğusuna cavab olaraq deyib.

Rusiyanın bu addımı Cənubi Qafqazda sülhün qorunmasına nə qədər xidmət edir və faktiki olaraq Rusiya öz hesabına Ermənistanı müasir silahlarla silahlandırmaqla hansı məqsədə can atır? Həmçinin bu raketlər Azərbaycan, xüsusən Bakı və Gəncə üçün hansı təhlükə yaradır və Azərbaycanın "İsgəndər" raketlərinin qarşısını almaq üçün müdafiə qurğuları yetərincədirmi?

Mövzu ilə bağlı PİA.AZ-ın əməkdaşı hərbi ekspert Tərlan Eyvazovun fikirlərini öyrənib.

YAPedjA6GDz0008Nq06WrZthCxFtFLBjoQGmZHItOUTqBPXSOCuF5ZauFENcP4SHCsMQYZQdIPtBO4O/tqn+qOjwyltYBGk9KMcCuK+GtGFHdnKeUkkwfbVy9hVKkrIPQGRXGnK5NHLyYYyk2DLjG36yCYnedKezxBdzr5fdUGJvvzho0g7x0morZtNyKnzkUqxIzzwTXusJ3eJfRiPPX3R99Un4m500Hv/GuktW+b+4a1PaFv5q/1STRoSKHgyv0Kv6235B/GnohP1fdSqLXqT+Gl5nmXC/SbieDKZruZCO6tzK6xy2hh76PcQ9LMbftTaxLWnMwqJbVSRAjMRmGvOaVKtfUZZxkqZ6fo8MJ45OSvYxeFvP2hF0sWkgy2b1pLAHz+01ZtW+0Q2+ayvtt6j2ZdKVKtkDJDeP6hbgXHMkNcBZR3W6kERE8hCqdOa+NV7mL7O7lQAZWBEDUjcSfIilSqyLLM0nKMbNB2BFzMuquAYPNLvdYH+eDHRiKCrgGw92bjQUaRzJgzvsOVKlTPYsnFTcL7r9l/JrhatestoMlwBjnJiLhAcEDWQSGBHUihNm29i+YAKqSCiqkNbPIlvCPbTUql7F+WKpSrf/hc9J8ALtlrZK+rnttqTlJz66bkK+/NVPM1hrOBa6H72ttFEnmQxBj3U1Ko7mbPvUvNKy/wdUUOpJY/JkiNBlcE+enlV/HcPzWkuQoCqqQZkwSNI2250qVRHdj+FFdPfqE8DZW4juVAkskak99F1/2/Gh3ErP6qDaJXKcrNoSSSBIj4b0qVWLkXOlHFGa54+oeK2u0a0id1lyoW+bNtWUgD6PZ9eVCOGYJr8vinJYgOLYACugy5c5QABQXA0lu8fMKlR2Za1qywv+2wpi8Vbtolu5Kq5+SRABlI01I0UEmJEtB3J1GOxfH7pJRPkgDsmjT1Z92PjNKlUGfq5u64VtV22dB2zwnMguYhuzmA4AzMToARGgPeHv8AOil7Aqh+SSLwgEnKbjKZIIJ7iSJ11MDbQClSofJs6fBCXTxySVv2vlQNOPt4Zj2pZmYaos6g/SutqdOQjpGpofxDizt3Ei2o2VNJUmBLb5geenXpSpUrMSzzm6b28gY/A7o+UzBUIzBiZOXUSANdwRrrRPhvEEtoM6dpGgZ4yx0yiSfI9BSpVD2J6WCdN+dBfH3le32zMQF307zD5pRdVQxzJJ8RWbv8Ve7Fm2Mqz3F5knQ5mO8+P/NKlUdiOoyPXXCPR/R/Cg4a0AdQuXwOUlZ8NqsPhHAzDYEjcUqVcLK6yOvMzZoJ36EJYn1h9lVb+HU6qYPwPnSpUyk+TnLNJOiMLG41qRCRzp6VNrdkLLJyJg5pUqVOabP/2Q==" alt="Картинки по запросу tərlan eyvazov">
Tərlan Eyvazov: “Xaricdən edilən yardım belə Ermənistan ordusunu Azərbaycan səviyyəsində silahlarla təmin edə bilməz”.


Ermənistanın “İsgəndər” raketlərini sərhəddə yerləşdirəcəyini  hesab etməyən hərbi ekspert Tərlan Eyvazova görə, Ermənistan tərəfi hücum etdiyi təqdirdə cavab atəşi aldığını çox gözəl anlayır:

“Əslində bu kredit məsələsi yenilik deyilik. Bu, 200 milyonluq kreditə aid məsələdir. Yəni, Ermənistan tərəfinin imkanı olmadığına görə Rusiya dövləti ona kredit ayırır və silah istehsal edən  həmin kampanya məlum qiymət həcmində Ermənistanı tədricən  silahlarla təmin edir. 

Maraqlı gələ bilər ki, Azərbaycan tərəfi silah üçün daha çox vəsait xərcləyir, amma Ermənistan silahları nisbətən ucuz qiymətə alır. Qiymətin ucuz olması sadəcə olaraq Kollektiv Təhlükəsizlik müqaviləsi olan ölkələr üçün keçərlidir.  Ermənistandan fərqli olaraq, Azərbaycan  Rusiyadan silahları beynəlxalq qiymətə alır. Həmçinin RusiyaErmənistan arasında bu təşkilatdan başqa, ikitərəfli strateji müqavilələr də mövcuddur. Bu əməkdaşlıq isə Ermənistan tərəfinin digər sahələr kimi,  silah alqı-satqısında da güzəştlərlə üzləşməsinə səbəb olur. 

“İsgəndər” raketlərinin Ermənistana verilməsində heç bir yenilik yoxdur. Aprel döyüşlərindən sonra  Ermənistan Rusiya tərəfinin onun silahlandırmasında təkid edib və nəticədə Rusiya müxtəlif tipli silahları Ermənistana verməyə boyun olub. Lakin mən deməzdim ki, Azərbaycanla müqayisədə Ermənistan tərəfi daha çox artilleriyaya malikdir. Quyuya su tökməklə, quyu dola bilməz. Xaricdən edilən yardım belə Ermənistan ordusunu Azərbaycan səviyyəsində silahlarla təmin edə bilməz.
 
Onu da qeyd edim  ki, Azərbaycan tək Rusiyadan deyil, digər dünya dövlətlərindən də silahlar alır. Ermənistan tərəfinin belə silahlar almağa gücü yetməz. Ermənistan “İsgəndər” raketlərini sərhəddə yerləşdirməyə  və Azərbaycana atəş etməyə cürət edə bilməz. Çünki özünün də həmin atəşlərə məruz qalmaq ehtimalı yüksəkdir. Mən düşünmürəm ki, Ermənistan “İsgəndər” raketleri kimi bahalı və nəqliyyatı olduqca  çətin olan silahları sərhəddə yerləşdirsin. Yəni, bu mövzuda narahat olmağa dəyməz”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar