Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Rus politoloqdan Nemtsovun qətli ilə bağlı ilginc versiya



“Putinə Nemtsov kimi rəqibinin olması daha sərfəli idi”


Bu sözləri Axar.az-a açıqlamasında rusiyalı politoloq Andrey Yepifançev söyləyib.

O, Putinin Nemtsovun qətlində sifarişçi olduğuna inanmadığını bildirib:

“Putinin Nemtsovun ölümünə imza atması inandırıcı variant deyil. Birincisi, Nemtsovun rəqib olması Putin üçün sərfəli idi. Çünki Nemtsov hazırkı Rusiya cəmiyyətində o qədər də geniş elektorata sahib deyildi. Bunu ən azından aparılan sorğular sübuta yetirir. Həmçinin Nemtsov Rusiyanın ən pis günlərində öndə olan şəxslərdən idi. Ruslar isə Nemtsovu Yeltsin dövrünün bir nümayəndəsi kimi xatırlayırdılar. Ona görə də Nemtsovun dəstəkçilərinin sayı cəmi 3-5% idi. Putinə onu rəqib kimi saxlayıb, bunu dünyaya göstərməsi daha çox sərf edirdi. İkinci məsələ isə Rusiya cəmiyyəti ilə bağlıdır. Rusiyada hazırda vəziyyət o həddə çatıb ki, əksər insanlar liberal düşüncə sahiblərini ölkənin düşməni kimi görürlər. Son illər isə vəziyyət daha da qəlizləşib. Bu isə ortaya fanatiklərin çıxmasına gətirib çıxarıb. Nemtsovu fanatiklərdən biri öldürə bilər. Məncə, Putini onun ölümünün sifarişçisi olmaqda günahlandırmaqdan daha real variant budur”.

Politoloq Nemtsovun ölümündən Qərbin istifadə edəcəyini deyib:

“Baxın, Nemtsov bundan öncə də Putin haqqında dəhşətli sənədlər yayımlamışdı. Kreml o zaman Nemtsovun üzərindən xətt çəkə bilərdi. Lakin bunu etmədi. Əslində, mən də Rusiyanın Ukraynadakı fəaliyyətini qəbul etmirəm. Mətbuatda guya Nemtsovun bunun haqqında sənədlərə sahib olması və üstəlik Rusiyanın Qazaxıstan, Belorus, Latviya və Estoniyaya hücumları haqqında sübutlara malik olmasının onun ölümünə səbəb olduğu iddiaları əksini tapıb. Bunlar doğru deyil. Əgər belə bir şey olsaydı, Kreml Nemtsovu əvvəllər daha rahat öldürə bilərdi. Nemtsovun ölümü Qərbə Putindən daha çox sərfəlidir. Çünki bundan istifadə edərək Rusiyaya yönələcək tənqidlərin sayı və miqyası artacaq. Putin hər şeydə günahkar çıxarılacaq və üstəlik, onu öldürməsi ilə bağlı iddialar ortaya atılacaq. Amma məncə, bənzər halların çoxunda olduğu kimi, bu cinayətin də üstü açılmayacaq. O zaman isə Qərbdə Nemtsovun ölümünün sirləri ilə bağlı yeni kitablar və məqalələr peyda olacaq. Yəni yenə də əvvəlki ssenaridən istifadə ediləcək. Nemtsovun onsuz da düşmənləri çox idi. Məsələn, o vaxtı məmurlardan Andrey Klimkin var idi. O, həmişə deyirdi ki, Nemtsov mənim pullarımı oğurlayıb. Bəlkə Nemtsovu o öldürüb və yaxud başqa siyasətçi bu cinayətə fitva verib? Yəni burada variantlar çoxdur və bundan sonrakı proseslər bir sıra şeylərə aydınlıq gətirə bilər”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Cavid Qurbanovun oğlu yüksək vəzifəsindən getdi - Yeni Təyinat

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Ağstafa icra başçısının karyera macəraları: 194 minlik sübut olunmuş yeyintiyədək

Ən çox oxunanalar