Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Robert Prosineçki Madriddə ev aldığını etiraf edib


Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçkinin "Qafqazinfo"ya müsahibəsində son günlərdə mətbuatda yer alan bəzi iddialara münasibət bildirib


-İddialara görə “Valensiya”dan təklif almısınız. Bu məsələ barədə nə deyə bilərsiniz?

- Bu barədə danışmaq istəmirəm.

- Xarici mətbuatda yer alan məlumatlara görə, özünüzə Madriddə ev almısınız. Bu, doğrudurmu?

- Artıq mənim Madriddə evim var. Amma məsələ ilə bağlı ətraflı məlumat vermək niyyətində deyiləm.

- Millinin növbəti toplanışı nə vaxt olacaq? Ümumiyyətlə, planlar necədir?

- Bütün fikirlər hazırlıqlarla bağlıdır. Mayın 15-də komandamız bir araya gələcək və həmin ayın 20-də Avstriyaya təlim-məşq toplanışına gedəcəyik. İki yoldaşlıq oyunu keçirməyi planlaşdırmışıq. İyunun 3-də Bakıya qayıdacağıq və Şimali İrlaniya ilə oyunun son hazırlıqlarını ölkədə davam etdirəcəyik. Bütün fikirlərimiz vacib Şimali İrlandiya görüşünədir. Bu, Azərbaycan üçün ən vacibdir. Məncə, əldə etdiyimiz nəticə qrupdakı taleyimizi həll edəcək.

- Yoxlama oyunlarında hansı millilərlə qarşılaşmağı planlaşdırmısız?

- Təəssüflər olsun ki, seçim imkanımız böyük deyil, danışıqlar gedir. Nə qədər güclü rəqib olsa, bizim üçün bir o qədər də yaxşıdır. Bu məsələ həll olan kimi açıqlama verəcəyik.

- Toplanış zamanı və ya Şimali İrlandiya ilə oyunda millidə yeni ad görə bilərik?

- Mən fikirləşirəm ki, olmayacaq.

-Mayın 5-də ölkə kubokunun finalıdır. Oyunu izləmək üçün Naxçıvana gedəcəksiniz?

- Hələ ki, bilmirəm. Yaxın günlərdə qərar verəcəm. Əslində, finalda iştirak edəcək komandaların oyunçuların yaxşı tanıyıram və buna görə də qərarsızam.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

Rusiya sülhməramlı kontingentinin hərbi texnikasının növbəti partiyası Xocalıdan daşınır - Video

Ən çox oxunanalar