Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızlar arasında maarifləndirici tədbirlər keçirilib


Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “SAF Həyat Naminə” Gənclər İctimai Birliyi “Erkən nikah milli ailə dəyərlərimizə ziddir!” qızlar arasında maarifləndirmə işinin təşkili” adlı layihə çərçivəsində Saatlı, Lənkəran, Biləsuvar və Bakı şəhəri Suraxanı rayonunda seminarlar keçirilib


“SAF Həyat Naminə” Gənclər İctimai Birliyinin sədri və eyni zamanda layihə rəhbəri Dinara Bayramlının verdiyi məlumata görə hər bir rayonda fəaliyyət göstərən tam orta məktəblərin şagirdləri və peşə liseyinin tələbələri ilə keçirilən iki günlük seminarda Azərbaycan Respublikasının “Uşaq hüquqları haqqında Qanunu”, eləcə də 1989-cu ildə qəbul olunmuş “Uşaq hüquqları haqqında Konvensiyası”nın maddələrindən irəli gələn uşaq hüquqları barəsində geniş müzakirələr aparıldı. Seminarın aparıcısı layihə üzrə ekspert Nəzakət Balabəyovanın verdiyi maarifləndirici məlumatlar və məsələyə praktik yanaşması iştirakçıların seminar boyunca aktivliyinə səbəb oldu. Seminar iştirakçıları hətta öz ətraflarında (qohumda, qonşuda və s.) şahidi olduqları və eşitdikləri hadisələr barəsində fikirlərini paylaşaraq erkən nikahın fəsadları haqqında şəxsi fikirlərini bildirdilər. Hətta Saatlı rayonunun Nərimanov kənd tam orta məktəbində və Uşaq və Ailələrə Dəstək Mərkəzində aparılan seminarlarda valideynlər (analar) böyük məmuniyyətlə iştirak edərək, belə bir mövzuyla bağlı maarifləndirici tədbirlərin keçirilməsini təqdir etdilər. Qeyd etmək lazımdır ki, Lənkəran Şəhər Təhsil Şöbəsinin müdiri Aslan İbrahimov xüsusilə qeyd etdi ki, hətta müvafiq qurumlar erkən nikahla bağlı ciddi addımlara atmağa çalışırlar. Seminarlar zamanı məktəblilərin aktivlik göstərməsi Lənkəran, SaatlıBiləsuvar rayonları ilə bərabər Bakının Suraxanı rayonunda keçirilən seminarlarda hiss olundu. 

Yüksək səviyyədə təşkil olunmuş seminarlarda “Yeni Həyat” Humanitar və Sosial Dayaq İctimai Birliyinin sədri Nailə İsmayılova və hüquqşünas Sevinc Nəcəfova da iştirak edirdilər. Nailə İsmayılova çıxışında “...Uşaqların vaxtından əvvəl ailə həyatı qurmalarına təhrik edilməsi nəticə etibarilə erkən nikahların baş verməsinə gətirib çıxarır. Əsasən 15-16 yaşında olan qızların erkən nikaha məcbur edilməsi onların təhsil almaq, peşə öyrənmək, sənət sahibi olmaq kimi istək və arzularının gerçəkləşməsinə mane olur. Xüsusilə qeyd edək ki, müasir dövrdə qızlar özləri üçün xoşbəxt gələcək qurmaq arzusunda olurlar...” fikirlərini söyləyərək seminarı və layihəni yüksək qiymətləndirdi. Bildirdi ki, hələ də bu istiqamətdə maarifləndirici layihələrin həyata keçirilməsinə ehtiyac var. 

Hər rayonda keçirilən seminarların sonunda layihə çərçivəsində birlik tərəfindən iştirakçılara hədiyyələr təqdim olundu. 

Qeyd: Seminarlar 14-15.06.2018-ci tarixlərində Saatlıda, 16-17.06.2018-ci il tarixlərində Lənkəranda, 18-19.06.2018-ci il tarixlərində Biləsuvarda və 05-06.06.2018-ci il tarixlərində Bakının Suraxanı rayonunda keçirilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Ən çox oxunanalar