Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qızı ilə hazırlaşıb tələbə oldu - 48 yaşında


Xəbər verdiyimiz kimi, Quba rayonu Əsparəsti kənd sakini Əfsəl Qazıyev 48 yaşında tələbə adını qazanıb


PİA.AZ ARB 24-ə istinadən xəbər verir ki, cari tədris ilinin ən yaşlı abuturiyyenti hesab olunan Əfsəl Qazıyev, uşaqlıqdan arzusunda olduğu Dövlət Aqrar Universitetinin Aqronomluq fakültəsinə ekologiya ixtisası üzrə qəbul olub.

1989-cu ildə o vaxt ki, Quba Sovxoz texnikumunu bitirən kənd sakini daim ali təhsil almaq arzusunda olub. 2 dəfə ali məktəbə qəbul olmaq üçün sənəd versə də bu cəhdləri uğursuz olub. Buna baxmadan o, həvəsdən düşmədən çalışıb və illər sonra məqsədinə nail olub.

Əfsəl Qazıyev bildirib ki, ali məktəbə sənəd verərkən bunu yalnız ailəsi ilə bölüşüb və yaxınları onun qərarını dəstəkləyib. 4-cü ixtisas qrupu üzrə ilk imtahandan 157 bal toplayan abuturiyyent, 2-ci imtahandan 198 bal toplayaraq arzuladığı fakültəyə dövlət sifarişi ilə qəbul olub. 4 övlad atası olan Əfsəl Qazıyev qəbul imtahanlarına repetitor yanına getmədən, 10-cu sinifdə oxuyan qızı, Sarıköynəklə birlikdə hazırlaşıb.

Əfsəl Qazıyev, Dövlət Aqrar Universitetində təhsil almaq üçün lazım olan bütün sənədləri toplayıb və ali tədris ocağında qeydiyyatdan keçib. Sentyabrın 15-dən etibarən, Gəncə şəhərində tələbələr üçün ayrılan yataqxanada qalaraq təhsilini davam etdirəcək.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar