Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qətər böhranını Rusiya yaradıb?


Politoloq: “Qətər və Səudiyyə Ərəbistanı arasında olan bu münaqişə regionun silahlanmasına, regionda ABŞ tərəfindən istənilməyən terror qrupların darmadağın edilməsiylə nəticələnəcək”


“Bu münaqişədən ən çox udan dövlətlərdən biri elə Rusiya olacaq”.

Bu fikirləri politoloq Zaur Məmmədov Qətər böhranının Rusiya tərəfindən yaradılması ilə bağlı iddialara münasibət bildirərkən PİA.AZ-a açıqlamasında qeyd edib. 

Qeyd edək ki, ABŞ mətbuatı Qətər böhranın yaranmasında Rusiya hakkerlərini günahlandırıb. İddiaya əsasən Qətər İnformasiya Agentliyinin saytına İranla bağlı açıqlamanı məhz rus hakkerlər qoyub və bunda Kremlin məqsədi ABŞ-ın bölgədə yaratdığı anti-İran koalisiyasını dağıtmaq olub. Çünki Rusiya İranı Yaxın Şərqdə özünün əsas müttəfiqi olaraq görür. İki gün öncə  isə Rusiya prezidenti Vladimir Putin Qətər əmirinə zəng edib. Rusiyanın Qətər problemində hansı geosiyasi maraqları var? Həmçinin Səudiyyə Ərəbistanın Qətərə qarşı bu qədər radikal davranmasının əsas səbəbi nə ola bilər?

Mövzu ilə bağlı politoloq Zaur Məmmədov öz fikirlərini PİA.AZ-ın əməkdaşı ilə bölüşüb.

Image result for zaur məmmədov
Zaur Məmmədov: “Sərhədlərin bağlanması isə Qətər üçün ciddi problemlər yaradacaq”.


Körfəz ölkələrində baş verən gərginlikdə udan tərəfin Rusiya olacağını ehtimal edən politoloq Zaur Məmmədova görə, mövcud vəziyyətdə münaqişənin öz həllini necə tapacağı isə sual altındadır:

Qətər böhranın yaranmasında Rusiya hakkerlərini günahlandırması ilə bağlı məlumat araşdırılır. Ola bilsin ki, doğrudan da məsələdə rus hakkerlərin əli var. Lakin, əsas məsələ bu deyil. Qətərin İran ilə bağlı “açıqlaması” və yaxud İrana dəstək verməsi məsələsi belə,  məsələnin əsas mahiyyəti deyil. 

İş orasındadır ki, Qətər – BƏƏ, Qətər – Misir, QətərSəudiyyə Ərəbistanı ilə çoxdandır ki, regionda geosiyasi toqquşmalar sezilirdi. Bir neçə il əvvəl də regionun ərəb ölkələri öz süni qardaşlarına qarşı ultimatumda bulunmuşdular. Suriyada, Liviyada, Misirdə Səudiyyə Ərəbistanın maraqları Qətər tərəfindən nəzərə alınmır. Səudiyyə istəyir ki, regionun bütün dövlətləri onun dediyi ilə oturub dursunlar. Lakin Qətər bunu etmir. Yeri gəlmişkən, Qətər ÜDM görə regionda ilk yerdədir. Ölkə kifayət qədər güclü potensiala malikdir. Lakin, eyni zamanda Qətərin importunun 40% -i Səudiyyənin payına düşür. Sərhədlərin bağlanması isə Qətər üçün ciddi problemlər yaradacaq. Amma düşünmürəm ki, münaqişə silahlı toqquşmalar ilə nəticələnəcək.

ABŞRusiyaya gəlincə, hər iki ölkəyə buradakı münaqişələr sərf edir. QətərSəudiyyə Ərəbistanı ABŞ-ın “bir sözünü iki edən” dövlətlər deyillər. Bu iki dövlət ABŞ-ın ən yaxın müttəfiqləridir. Lakin hər iki ölkə arasında olan bu münaqişə regionun silahlanmasına, regionda ABŞ tərəfindən istənilməyən terror qrupların darmadağın edilməsiylə nəticələnəcək. Bu İranpərəst qruplaşmalardır. 

Rusiyanın da hər iki ölkə ilə sıx əlaqələri var. Düşünürəm ki, Moskva münaqişədə tərəfsiz mövqe tutacaq. Ümumiyyətlə, bu münaqişədən ən çox udan dövlətlərdən biri elə Rusiya olacaq. Çünki birləşmiş vahid ərəb koalisiyası Suriyada Rusiyanın maraqlarına zidd hərəkət edir. Onların İranla bağlı mövqeləri də Rusiyanın maraqlarına ziddir. Eyni zamanda Liviyada da   bu koalisiya ilə Moskvanın maraqları toqquşur. Lakin iş orasındadır ki, münaqişənin hansı istiqamət alacağı sual altındadır. Region barıt çəlləyini xatırladır”.

Gülşən ŞƏRİF
pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar