Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qənirə Paşayevaya qarşı ittiham - Foto


Zümrüd Quluzadə: “Qənirə Paşayeva iradlarımı nəzərə almadı”


Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə və ictimai fikir tarixi şöbəsinin müdiri, əməkdar elm xadimi, fəlsəfə elmləri doktoru, filosof, tədqiqatçı-alim Zümrüd Quluzadə deputat Qənirə Paşayevadan şikayətçidir. Belə ki, millət vəkilinin nəşr etdiyi bir kitabda onun adını özünün razılığı olmadan elmi redaktor göstəriblər.
 
"Aznews.az"a məktubla müraciət edən Z. Quluzadə yazır: “Azərbaycanda “Elm” nəşriyyatında filologiya üzrə fəlsəfə doktoru Mehmet Rıhtımın 2010, 2013-cü illərdə nəşr etdirdiyi Seyid Yəhya Bakuvi əş-Şirvaninin “Şəfa əl-Əsrar” adlı əsəri çox nəfis şəkildə işıq üzü görüb. Kitabın elmi redaktorları arasında mənim də adım göstərilib.

Birinci nəşri gördükdən sonra dəfələrlə şəxsən müəllifə və kitabı ikinci nəşrə hazırlayan Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İctimai Birliyinin sədri Qənirə xanım Paşayevaya telefonla zəng edib bunu Azərbaycan elminə və alimlərinə qarşı iftira olduğunu və M.Rıhtımın Bakuvinin “Şəfa əl-Əsrar” kitabında elmi redaktor kimi göstərilməmin heç bir əsası olmadığını söyləmişdim. Təəssüflə qeyd etməliyəm ki, Q.Paşayeva ilə danışmağıma baxmayaraq, kitabın ikinci nəşrində də mənim adım əsərin birinci elmi redaktoru kimi təkrar edilib. Əsərdə reaktor kimi imzamın olmamasını və telefonla xəbərdarlığımı nəzərə almadan kitabın guya mənim redaktorluğum altında çap edilməsi həm hüquqi, həm mənəvi cəhətdən qəbuledilməzdir. Kitabda Azərbaycanda təsəvvüf tarixi haqqında verilən hissənin elmi cəhətdən məqbul olmamasını və “Şəfa əl-Əsrar” əsərinin bir müəllif kimi Seyid Yəhya Bakuviyə mənsub olmasının yetərincə sübut edilməməsini nəzrə alaraq bir daha adımın həmin kitabda elmi redaktor kimi verilməsinə qəti etirazımı bildirirəm. Bildiyimə görə, əsər Türkiyədə 2011-ci ildə nəşr edilib. Əsərin adımın redaktor kimi verildiyi bütün nəşrlərinin oxucularına bir daha bəyan edirəm ki, mən əsərin elmi redaktoru deyiləm və bir elmi redaktor kimi, onun ictimaiyyətə çatdırılmasına görə şəxsən heç bir məsuliyyət daşımıram. Əsərin digər redaktor və rəyçilərinə gəldikdə, güman edirəm ki, əgər onlar M.Rıhtımın yazdıqları ilə razılaşaraq həqiqətən də kitabın nəşrə getməsini imzalamışlarsa və əsərdəki Azərbaycan təsəvvüf tarixinin işıqlandırılması, “Şəfa əl-Əsrar”ın Seyid Yəhya Bakuviyə mənsub olması və əsərin orijinal və ya tərcümə olmasını müəyyən etmədən onun Azərbaycan klassik nəsr tarixinin məxəzi və bünövrəsi kimi təqdimi ilə (bu mövqelər dəfələrlə KİV-də M.Rıhtım və onu dəstəkləyən yazarlar tərəfindən səsləndirilib) həmfikirdirlərsə, bunu müvafiq dəlillərlə sübut etməlidirlər. M.Rıhtımın son zamanlar S.Y. Bakuvi, xəlvətiyyə və təsəvvüflə bağlı yaydığı mövqelər mütəmadi və düşünülmüş şəkildə XX – XXI əsr Azərbaycan mədəniyyət tarixi - ədəbiyyat, fəlsəfə, incəsənət, musiqi və s. tədqiqatçılarının təsəvvüfü və o cümlədən xəlvətiyyəni araşdırmaları ilə əlaqədar elmi nailiyyətlərinin təhrif və inkarına yönəlib. Güman edirəm ki, təqdim etdiyim bu yazının AMEA-da Azərbaycan mədəniyyəti tarixçilərinin M.Rıhtım və onun elmi mövqelərini dəstəkləyən alimlərlə, professional səviyyədə birgə geniş müzakirəsi xeyirli olar”.


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar