Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Qarabağa görə 120 minlik Rusiya qoşunu?

Rusiyanın Cənubi Osetiya istiqamətindən Gürcüstanın içərilərinə doğru tədricən irəliləməsinin və bu separatçı bölgədə keçirdiyi irimiqyaslı hərbi təlimlərin məqsədi Ermənistana 120 minlik hərbi kontingent yeritməkdir


Virtualaz.org xəbər verir ki, bu açıqlama ilə Gürcüstnanın keçmiş müdafiə naziri, nüfuzlu dövlət xadimi Dmitri Şaşkin “Pirveli radio”ya müsahibəsində çıxış edib.

Şaşkinin sözlərinə görə, əgər 2008-ci ilin avqust müharibəsində Rusiyanın bir nömrəli hədəfi Gürcüstan idisə indi Gürcüstan Rusiyanı sadəcə olaraq Ermənistana dəhliz kimi maraqlandırır. Çünki Rusiya Gürcüstanda öz hökumətini oturdub, indi isə onun hədəfi Qarabağ və İrandır.

Keçmiş müdafiə naziri bildirib ki, rusların məqsədi Gürcüstanda ona yaxın hökumətin əliylə Abxaziya dəmir yolunun açılması idi. Bu plan baş tutmadığına görə indi onlar “B” planına keçiblər. Bu, quru yolu ilə Ermənistana dəhliz açmaqdır.



Rusiya planlı şəkildə regionda eskalasiya hazırlayır. Rusiya Baş qərargahına görə regionda iki potensia təhdid var-İran və Qarabağ”-Şaşkin deyib. Gürcüstanın keçmiş müdafiə naziri çox güman ki, ABŞ-ın İrana mümkün müdaxiləsi halında regionda Rusiyanın maraqlarına qarşı yarana biləcək təhdidi nəzərdə tutub. Çünki Rusiya üçün İran birbaşa təhdid deyil.

Şaşkin deyib ki, Rusiya Cənubi Osetiyadakı hərbi qüvvələrini Ermənistandakı Gümrü hərbi bazasına yol açmaq üçün hazırlayır. Onun sözlərinə görə Gümrü bazası vasitəsilə Rusiya regiona, o cümlədən Qarabağa nəzarət edir. “Rusiya gizlətmir ki, Gürcüstan üzərindən Ermənistana dəhliz açmaq istəyir. Bunu başa düşməyən ancaq bizim hökumətdir. Hökumət hesab edir ki, Rusiyanı sığallasaq onlar bizdən əl çəkəcək. Təəsüf ki, Rusiya bizdən əl çəkmir. Rusiyanın regiondakı əsas hədəfi hazırda Gürcüstan yox, Azərbaycanİran, konkret olaraq Qarabağdır”, - Şaşkin bildirib.

Keçmiş müdafiə nazirinin fikrincə Rusiya Gürcüstan üzərindən Ermənistana 120 minlik korpus yeridəcək, bu isə Gürcüstanın faktiki işğalı deməkdir. Şaşkinin dediyinə görə, 2012-ci ildən sonra Rusiya Abxaziya dəmir yolunun açılması üçün çox çalışıb, ancaq bu baş tutmayıb. “Gərək bu saat bizim baş nazir və xarici işlər naziri Vaşinqtonu, Ankaranı, Brüsseli dolaşıb təhlükə barədə car çəksin, onlar isə bunu etmirlər”, - Şaşkin deyib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar