Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Paşinyan Putinlə görüşündən danışdı - Video

Ermənistanın baş naziri Nikol Paşinyan "Deutsche Welle" telekanalında həftəlik yayımlanan "Nemtsova müsahibə” proqramının qonağı olub


Aparıcı Janna Nemtsova Paşinyanla söhbətdə Dağlıq Qarabağ münaqişəsinə də toxunub.

Jannanın “Siz 9 mayda Dağlıq Qarabağda oldunuz. Putinlə görüşünüzdə Qarabağ münaqişəsinin nizamlanması mövzusunu müzakirə etdinizmi” sualına Ermənistan baş nazirinin cavabı belə olub: “Əlbəttə, Putinlə bu haqda danışdıq. Xüsusilə, vurğulamaq lazımdır ki, münaqişənin real şəkildə nizamlanmasına gətirəcək yeganə yol sülhlə həll yoludur. Güc yolu ilə həll yoxdur. Düşünürəm ki, bu nəinki Ermənistanın, həm də Rusiyanın prinsipial mövqeyidir”.

Janna Nemtsovanın "Bəs, Putinlə söhbətdə Rusiyanın Azərbaycana silah satışı məsələsinə də toxundunuz" sualına isə Paşinyan “Bəli, əlbəttə. Bu barədə bizim konstruktiv müzakirəmiz oldu. Lakin məsələ ilə bağlı Putinin nə söylədiyini deyə bilmərəm”, - deyə cavab verib.

Nikol Paşinyanın müsahibədəki fikirlərinə erməni ekspertlərin və KİV-lərin reaksiyası özünü çox gözlətməyib. Hesab olunur ki, Paşinyan Dağlıq Qarabağla bağlı Ermənistanın yalnız sülhə əsaslanan mövqeyini həm də Rusiyanınkı kimi sırımağa çalışır. Düzdür, Moskvanın rəsmi mövqeyi də münaqişənin sülh yolu ilə həllinə nail olunmasıdır. Lakin erməni ekspertlər bu zaman 2016-cı ilin aprel döyüşlərini nümunə gətirərək bildiriblər ki, Azərbaycan məsələni hərb yolu ilə həll etmək istəsə, onun qarşısını heç kəs ala bilməyəcək. Hətta vasitəçi Rusiya da. Silah məsələsində isə Paşinyanın cavabından bəlli ollub ki, Putin ona bu işə qarışmamağı məsləhət görüb.



pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Minimum əməkhaqqının artırılması ilə bağlı təkliflər hazırlanır

Bəluclar Çinin infrastruktur layihələrini həyata keçirməsinə mane olurlar

Ən çox oxunanalar