Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Parlamentdə təbii qazın qiymətinin ucuzlaşdırılması müzakirə olunub


Milli Məclisin bir sıra komitələrində təmsil olunan deputatların iştirakı ilə Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib


Komitənin sədri, Milli Məclis sədrinin müavini Valeh Ələsgərov iclasda Azərbaycan prezidentinin imzası ilə parlamentə daxil olmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti ilə “SOCAR Umid Oil and Gaz Limited” şirkəti arasında Risk Xidmət Sazişini və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “SOCAR Umid Oil and Gaz Limited” şirkəti ilə “Umid, Babek Exploration and Production” şirkəti arasında müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsini slaydlarla təqdim edib.

O qeyd edib ki, 1953-cü ildə aşkar olunmuş “Ümid” yatağı üzrə kəşfiyyat işlərinin bərpası 2008-ci ildə qərara alınıb və bu məqsədlə “SOCAR Ümid” birgə müəssisəsi yaradılıb: “2010-2011-ci illərdə həmin birgə müəssisə tərəfindən aparılan kəşfiyyat işləri nəticəsində iki quyu qazılıb. İlkin hesablamalara görə, “Ümid” yatağında 2 milyard kubmetr təbii qaz və 40 milyon ton kondensat ehtiyatının olduğu müəyyənləşdirilib”. Deputatların nəzərinə çatdırılıb ki, “Ümid” yatağı üzrə hasilat 2012-ci ildən etibarən həyata keçirilir. 2017-ci ilin 1 mart tarixinədək həmin yataqdan 1 milyard 314 milyon kubmetr təbii qaz və 217 min 700 ton kondensat hasil olunub.

İclasda məlumat verilib ki, 1954-cü ildə aşkar edilmiş “Babək” perspektiv strukturunda isə 1987-ci ildə aparılmış geniş seysmik kəşfiyyat işləri nəticəsində strukturun bioloji quruluşu dəqiqləşdirilib. Ehtimala görə, bu strukturda “Ümid” qaz kondensat yatağı ilə hidrodinamik əlaqədə olan qaz kondensat yatağı aşkar edilə bilər.

Gündəlikdəki qanun layihəsində yer almış müqavilə barədə ətraflı məlumat verdikdən sonra komitə sədri Risk Xidmət Sazişinin müddəalarını da geniş şərh edib. Bildirib ki, məqsəd yerli bazarın neft-qaza olan tələbatını SOCAR-ın fəaliyyəti sayəsində ödəmək, xarici bazardan asılılığı azaltmaq, daxili bazarda təbii qaza olan tələbatı mümkün qədər aşağı qiymətə təmin etməkdir.

Müzakirə zamanı Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli, deputatlar Mirkazım Kazımov, Şəmsəddin Hacıyev, Tahir Kərimli, Bəxtiyar Əliyev, İlham Məmmədov qanun layihəsinə müsbət münasibət bildiriblər.

Sonra Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov və komitənin üzvü, SOCAR prezidenti Rövnəq Abdullayev millət vəkillərini maraqlandıran suallara cavab veriblər. Qeyd olunub ki, uğurlu neft siyasəti ilə dünya miqyasında özünə möhkəm yer tutmuş Azərbaycan karbohidrogen ehtiyatları sahəsində bütün riskləri nəzərə alır və istənilən saziş bağlanarkən ilk növbədə ölkəmizin milli maraqları qorunur. Əvvəlki sazişlər kimi, bu saziş də böyük iqtisadi əhəmiyyətə malikdir.

Yekunda qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib. (apa)

pia.az 


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar