Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Müxalifət Rəhim Qazıyevi müdafiə etmədi


Əvəz Zeynallı: “Mən həbs ediləndə o müxalifət heç məni də müdafiə etmədi”


Dekabrın 25-də axşam saatlarında saxlanılan və ertəsi gün 10 sutka inzibatı həbs cəzası alan keçmiş müdafiə naziri Rəhim Qazıyev hazırda Binəqədi Saxlanma Təcridxanasındadır. Sabiq nazirin vəkili Zibeydə Sadıqova dekabrın 27-də onunla görüşüb.

Bu barədə R.Qazıyevin dostu, jurnalist Əvəz Zeynallı sosial şəbəkələrdə məlumat yayıb. O, Qazıyevin İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi (Xırda xuliqanlıq) ilə həbs edildiyini bildirib. Ə.Zeynallı keçmiş nazirin vəziyyətinin yaxşı olduğunu yazıb.

R.Qazıyevlə bağlı apelyasiya şikayəti də verilib. Bu barədə Ə.Zeynallı “Yeni Müsavat”a məlumat verdi: “Vəkil Rəhim bəylə görüşdü və onun hansı maddə ilə ittiham edildiyi də məlum oldu. Guya yol gedərkən telefonla yüksək səslə danışıb kimisə söyürmüş. Artıq apelyasiya şikayəti verilib, gözləyirik, yəqin ki, bu günlərdə şikayətə baxılacaq”.

Qeyd edək ki, sabiq nazir həbs edildiyi andan onunla bağlı sosial şəbəkələrdə bir sıra müzakirələr açıldı. Onun həbsindən sevincini gizlətməyənlər də var. Bir qisim onu vətən xaini olmaqda suçlayır və həbsinə sevinir. Müəyyən insanlar isə onun həbsinə lüzum olmadığını yazıblar.

Maraq doğuran hal həm də o oldu ki, ölkənin öndə gedən müxalif qurumları sabiq naziri nəinki müdafiə etdilər, hətta bu qurumların tərəfdarlarından R.Qazıyevin həbs edilməli olduğunu açıq şəkildə deyənlər də oldu. Demokratik düşərgənin öndə gedən simaları isə ümumiyyətlə, onun həbsi ilə bağlı məsələyə münasibət bildirmədilər. Sanki ictimai qınağa tuş gəlməkdən çəkindilər. Keçmiş komanda yoldaşları sabiq nazirlə keçmişdəki intriqalarını bu dəfə də gizlətmədilər.

Digər bir məqam isə Azərbaycan qanunlarında 65 yaşdan yuxarı şəxslərin inzibati cəza almamaları ilə bağlıdır. Amma 74 yaşlı keçmiş nazir 10 sutka cəza aldı, halbuki o, ittiham olunduğu maddə ilə 50-100 manat cərimə də edilə bilərdi. Amma bütün bunlara rəğmən müxalifət R.Qazıyevin müdafiəsinə qalxmadı. Sanki sabiq nazirin onlarla eyni düşərgədə olduğunu unutdular.

Ə.Zeynallı buna dair sualımıza belə cavab verdi: “Bu, ümumi məsələdir. Bu problem hər kəsdə var. Söhbət burada tək Rəhim Qazıyevdən getməməlidir. Mən də sosial şəbəkələrdə bəzi şərhlərə rast gəldim. Keçmiş fəaliyyətini əsas gətirib, onun içəridə olmalı olduğunu deyənlər var idi. Çox təəssüflər olsun ki, bunları anlamaqda bəzi insanlarımız, siyasilərimiz, siyasi müxalifətimiz çətinlik çəkirlər. Burada əsas olan insanın şərlənməsindən, oğurlanmasından və yaxın adamlarına məlumat verilməməsindən gedir. Rəhim bəyi bu kontekstdə müdafiə etdim. Ən kritik məqamlarda müdafiə naziri olan, rus ordusunun ölkədən çıxarılmasında mühüm xidmətləri olan, general olmasa da, generallara rəhbərlik edən bir şəxsi bu şəkildə həbs etmək olmaz. Müxalifət kimi müdafiə edib ki? Mən həbs ediləndə o müxalifət heç məni müdafiə etdimi? Eləcə də digərlərini müdafiə ediblərmi? Təəssüflər olsun ki, Azərbaycanda iqtidar kimi, müxalifət monopoliyası da var. O monopoliyaya girməyən şəxsləri müdafiə etmirlər. Heç bir damğa insan hüquqlarından öndə olmaz. Həbsxana həyatıma qədər müəyyən fikirlərim olub. Amma oranı görəndən sonra bilirəm ki, bir ölkədə millətçilikdən, mühafizəkarlıqdan, ideologiyadan öndə insan haqlarıdır. Kim cinayət edibsə, cəzasını almalıdır. Rəhim Qazıyevin nə vaxtsa cinayət törətməsi, zamanında onunla bağlı nələrin olması barədə müzakirələrə girmədik. Sadəcə, insan haqlarını pozaraq bir şəxsin nə cür həbs edilməsini müzakirə etdik. Rəhim Qazıyev nə vaxtsa hakimiyyəti devirib, nə üçün devirib kimi məsələlər tamam başqa məsələdir. Düşünürəm ki, müxalifət, vəkillər kontingenti Rəhim Qazıyevi müdafiə etməli idi. Kaş vəziyyət belə olmayaydı, ölkəni idarə etməyə özünü hazır elan edən qüvvələr belə hallara da hazır olmalıdırlar. Əgər onlar ölkəni idarə etmək istəyirlərsə, hüququ pozulan hər kəsin müdafiəsinə qalxmalıdırlar”.(“Yeni Müsavat”)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Politoloq: İndi Ermənistan Rusiya ilə bağlı ehtiyyatlı olmalıdır...

Ən çox oxunanalar