DÇ-2018-in rəsmi açılış mərasiminin başlama saatı müəyyənləşib
PİA.AZ goal.az-a istinadən xəbər verir ki, şou iyunun 14-ü Moskva vaxtı ilə saat 16.00 (Bakı vaxtı ilə saat 17.00) başlanacaq.
Bundan iki saat sonra - Bakı vaxtı ilə saat 19.00-da çempionatın ilk oyununa - Rusiya - Səudiyyə Ərəbistanı matçına start veriləcək.
Qeyd edək ki, açılış Moskvadakı "Lujniki" stadionunda keçiriləcək.
pia.az