Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Korrupsiya idarəsinə kütləvi şikayət - “Azərbaycan Dəmir Yolları” QSC-dən



Şikayətçilər “Azərbaycan Dəmir Yolları” ASC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin rəisi Çingiz Məmmədovun mülklərinin siyahısını həm Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə, həm də mıtbuata təqdim ediblər


Azərbaycan Dəmir Yolları” QSC-nin sifarişini yerinə yetirən 34 nəfər pullarını ala bilmədiklərinə görə Azərbaycan Respublikasının Baş Prokurorluğu Yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin rəisi Kamran Əliyevə şikayət məktubu ünvanlayıb. 

Həmin məktubu sizə təqdim edilir: 

“Hörmətli Kamran müəllim!

Bütün Azərbaycan ictimaiyyətinə məlumdur ki, ölkə prezidenti cənab İlham Əliyevin başçılığı altında vətənimizdə böyük yenidənqurma və abadlıq işləri gedir və bu işlər daim planlı şəkildə davam etdirilir. Biz iş adamları da dövlət proqramına daxil olan bu işlərdə öz bilik və bacarığımızı əsirgəməyərək Azərbaycanın bir çox rayonlarında yenidənqurma və abadlıq işləri aparmışıq. Əfsuslar olsun ki, bəzi hallarda dövlətin rəsmi qurumları bizim və bizimlə bir yerdə çalışıb işləri yerinə yetirən əliqabarlı fəhlələrin əmək haqlarını, gördüyümüz işlərin həcmi müqabilində bizə çatacaq pulları verməyib bizləri ağır maddi duruma salırlar.

Bu təşkilatlardan biri də “Azərbaycan Dəmir Yolları” QSC-dir. Bu təşkilatın sədri Arif Əsgərov olan dövrlərdə bu ərizədə imza atan iş adamı, Əsgərov Cavanşirin işçi qrupu 150.000 (yüz əlli min), İbadi Rahidin işçi qrupu 60.000 man (altmış min), Əhmədli Camal Qaçay oğlunun işçi qrupu 184.600 man (yüz səksən dörd min altı yüz), pulları bu günə qədər ala bilməmişik. Biz Ağstafa, Qazax, Gəncə, Göy-Göl, Goranboy, Ləki, Quba, Ucar, Nabran və s. rayonlarda öz ailələrimizdən, evimizdən ayrı düşərək həm dövlət proqramında iştirak etmişik, həm də ailələrimizə bir parça çörək qazanmaq istəmişik. Nəzərinizə çatdırmaq istəyirik ki, biz 10 ilə yaxındır ki, “Azərbaycan Dəmir Yolları” ASC-nin nəzdində olan Dəmir Yollarının və Texniki Qurğularının Təmir-Tikinti Departamentinin sifarişlərini həyata keçiririk, onlarla müvafiq əmək müqavilələri imzalamışıq, ancaq bizə imza atandan sonra məlum olub ki, müqavilələrin surətlərini qəsddən bizlərdən gizlədiblər. Biz işə başlayandan sonra gördüyümüz işlərin 20-30%-ni ödədilər, səbəbini soruşanda dedilər ki, departamentin sədri Çingiz Məmmədovun qərarı belədir.

Növbəti aylarda pullarınızı alacaqsınız. Lakin belə olmadı, elə aylar oldu ki, bizə ümumiyyətlə pul vermədilər. Bəzi araşdırmalardan sonra bizə məlum oldu ki, departament rəisi Çingiz Məmmədov vəzifə səlahiyyətlərini aşmaqda ad çıxarıb. Departamentin ştatında 300 (üç yüz) nəfərə yaxın ölü “can” vardır. Bu yolla o külli miqdarda mal-mülk sahibi olmuşdur. Onların siyahısını sizə təqdim edirik.

Quba rayonu İ.Dağıstanlı küçəsində villa
Qubada restoran
Şabran rayonunda villa
Xaçmaz rayonunda d/y stansiyası yanında şadlıq sarayı
İsmayıllıda villa
Varovskidə əzəmətli villa – Koroğlü küçəsi
Bilgəhdə villa
Nabran rayonunda villa

Gəncə şəhəri "Delavoy dvor" adlanan Azərbaycan küçəsində yerləşən d/y balansında olub, sonradan Çingiz Məmmədovun həyat yoldaşı Yaqut Məmmədovanın adına özəlləşən 1.2 ha ərazidə olan obyektlər. Hansı ki, hal-hazırda kirayədədir.

Mercedes GL-500 qara rəngli cip 90 AA 856, cip Lexus 5.7 qara rəng 90 AA 524 nömərli, cip Range Rover qara rəngli, cip BMW x5 ağ rəngli, cip Lexus qara rəngli.

Vaxtında pulların verilməməsi səbəbindən biz iş adamları məcbur olub banklardan evlərimizi və maşınlarımızı girov qoyub küllü miqdarda kredit götürək ki, işçilərimizin cüzi pul vəsaitlərini ödəyək. Lakin 1-ci və 2-ci dollar devalivasiyasından sonra banklara olan borcumuz 2 qat artmışdır. Sual oluna bilər ki, nəyə görə pullarınızı və şikayətinizi indiyə kimi tələb etməmisiniz? Dəfələrlə bizə söz verməklərinə baxmayaraq Çingiz Məmmədov himayədarlarına arxalanaraq pulların ödənilməsindən imtina etmişdir.

Yuxarıda qeyd olunan məbləğlərin bizə verilməyib mənimsənilməsinin drijoru departamentin rəisi Çingiz Məmmədovdur. Baxmayaraq ki, ölkə prezidenti dəfələrlə qeyd etmişdir ki, sahibkarları incitməyin, onların haqlarını mənimsəməyin, bunu qadağan edirəm. Ancaq deyəsən Çingiz Məmmədov ölkə prezidenti cənab İlham Əliyevin tapşırıqlarına belə əhəmiyyət vermir. Bizim üçün əsas məsələ çəkdiyimiz zəhmətin haqqının ödənilməsidir.

Hörmətli Kamran müəllim!

Sizdən artıq dərəcədə xahiş edirik ki, qanun çərçivəsində bizim hüquqlarımızın bərpa olunub bizim alın təri ilə qazandığımız pulların alınıb bizə verilməsinə kömək edəsiniz.

1. İmanov Nizami İman oğlu – (070) 252-22-77
2. Xəlilov İsgəndər Maksim oğlu – (070) 769-59-09
3. Əliyev Ədalət – (070) 623-15-15
4. Xəlilov Səadət – (050) 210-23-69
5. Xəlilov Maşallah – (055) 252-14-41
6. Məmmədov Sirac Almaz oğlu
7. Əhmədov Üzeyir Camal oğlu – (055) 742-10-66
8. Kazımov Kazım Musa oğlu – (055) 506-80-83
9. Kazımov Əvəz Həmid oğlu – (070) 608-26-27
10. Yusubov Elyar İlyas oğlu briqadır – (055) 270 22 46
11. Bayramov Müşfiq ibrahim oğlu
12. Əsgərov Eldəniz Əli oğlu
13. İsrailov Rəşad İsrail oğlu – (055) 665 89 34
14. Yusubov Sənan Elyar oğlu
15. Mahmudov Xəqani Valeh oğlu – (055) 288 34 81
16. Məmmədov Mehman Müslüm oğlu – (070) 651 30 31
17. İsgəndərov Xıdır – (070) 985 35 69
18. Qarayev Adil 19. Mehdiyev Vaqif Qaytaran oğlu – (050) 357 07 93
20. Atakişiyev Soltan Yaqub oğlu – (070) 744 87 72
21. Osmanov Toyda Vəli oğlu – (070) 391 88 14
22. Qacarov Halay – (051) 853 50 25
23. Hüseynov Nurəddin Muxtar oğlu – (050) 300-24-09
24. İlqar Məhəmməd oğlu
25. Şəhriyar Famil oğlu
26. Elvin İlham oğlu
27. Azər Əli oğlu
28. Mənsur Faxrədin oğlu
29. Ruslan Faxradin oğlu
30. Rövşən əliş oğlu 31.
31 Saleh Aydın oğlu
32. Fəqan Niyazi oğlu
33. Rəşad Kamil oğlu
34. Təbriz Əmirxan oğlu”.
(xalqxeber.az)

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Talıb Talenin özündən 15 yaş kiçik nişanlısının görüntüləri yayıldı - Video

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

“Trendyol” Azərbaycan üçün qiymətləri kəskin artdı

ABŞ Azərbaycanla Ermənistan arasında sülhün mümkünlüyünə inanır

Ən çox oxunanalar