Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İnterpol Eldar Mahmudovun oğlunun şərikini axtarır


Keçmiş milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlunun şəriki dövlətlərarası axtarışa verilib


APA-nın məlumatına görə, bu barədə İnterpolun saytına məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, 1972-ci il təvəllüdlü Ayaz Kərimov vəzifə səlahiyyətlərini aşma və özgəsinin əmlakını ələ keçirməkdə təqsirləndirilir.

A. Kərimov Azərbaycanı tərk etdiyi üçün onun barəsində beynəlxalq axtarış elan edilib və saxlanılması üçün İnterpola müraciət olunub.

Qeyd edək ki, “Caspian Telekommunications” şirkətinin rəhbəri olan Ayaz Elxan oğlu Kərimovun əmlaklarına da həbs qoyulub.

Onun Abşeron rayonunda torpaq sahəsi 70 min manat, “Harley Devidson” markalı motosiklet 12.500 manat, “AKEY” MMC-nin adına rəsmiləşdirilmiş “Maserati Quatroporte” markalı avtomobil 155.733.8 manat, “Jaguar XJ” markalı avtomobil 140.529.473 manat məbləğində qiymətləndirilib.

RYTN-in keçirdiyi bir neçə tenderin qalibi olmuş “Caspian Telekommunications” şirkətinin rəhbəri Ayaz Kərimov sabiq milli təhlükəsizlik naziri Eldar Mahmudovun oğlu Anar Mahmudovla dost olub. Onların həmçinin biznes şəriki olduqları bildirilir.

RYTN-də baş vermiş qanun pozuntuları ilə bağlı başlanılan cinayət işi üzrə A. Kərimovun barəsində 16 dekabr 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 312.2-ci (vəzifəli şəxs tərəfindən bilə-bilə qanunsuz hərəkətlər (hərəkətsizlik) etməyə görə ona rüşvət vermə və ya təkrar rüşvət vermə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərar çıxarılıb, lakin o, cinayət təqibi orqanından gizləndiyinə görə istintaqa dəvət etmək və ona ittihamı elan etmək mümkün olmayıb. Bu səbəbdən də həmin tarixli qərarla barəsində axtarış elan edilib və Binəqədi Rayon Məhkəməsinin 17 dekabr 2015-ci il tarixli qərarı ilə barəsində həbs-qətimkan tədbiri seçilib.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

DİM elektron imtahanlar korpusunda ilk imtahanını keçirib - Yenilənib

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Ən çox oxunanalar