Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

İki qurum arasında “halal-haram“ qalmaqalı


Halal sertifikatı ilə istehsal olunan kolbasa və sosislərin bəzilərinin etiketi üzərində “Qafqaz Müsəlmanları İdarəsi təminat verir” ifadəsi əks olunub. QMİ-nin bu təminatı nəyin əsasında verməsi məsələsi maraq doğurur


PİA.AZ xəbər verir ki, aktual.az-ın əməkdaşı məsələ ilə bağlı qeyd edilən qurumla əlaqə yaratmağa çalışsa da, idarə yetkililəri bu barədə münasibət bildirməkdən boyun qaçırdılar. 

Dini ekspert Elşad Mirinin sözlərinə görə, Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi bir müddət öncə bəyanat vermişdi ki, halallıq məsələsini, onlardan başqa, heç kimin vermək səlahiyyəti yoxdur: “Sadəcə olaraq, Qafqaz Müsəlmanları İdarəsi deyirdi ki, bu, dini bir məsələdir. Dini məsələdirsə, halallıq təminatını biz verməliyik. Məsələn, İsraildə bu işi qazilər həyata keçirirlər. Onlar halallığa təminat verərkən, heyvanların bütün otlama, yemləmə prosesinə, kəsiminə və kolbasa istehsalına qədər nəzarət edirlər. Yəni onlarda bu işlə məşğul olan xüsusi bir qurum var. Azərbaycanda Qafqaz Müsəlmanları İdarəsinin nə belə qurumu, nə də mütəxəssisləri var. Bəzi müəssisələrdə halalla yanaşı, haram kolbasalar da istehsal olunur. Bu da insanlar arasında çaşqınlıq yaradır. İnsanlarımızın bu məhsulları istehsalı açıq yerlərdən almaları məqsədəuyğundur. Bu gün Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi tərəfindən verilən halal sertifikatlar adı altında kolbasa və sosislər satışa çıxarılır”.

Ekspert deyib ki, Qafqaz Müsəlmanları İdarəsi kolbasa və sosislərin halallıq məsələsində Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsi ilə müəyyən problemlər yaşayır: “Ona görə də susqunluq nümayiş etdirərək o problemlərin gündəmə gəlməsini istəmirlər”. 

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat katibi Fazil Talıblı deyib ki, komitə sertifikatlaşdırma orqanlarına akreditasiya edir: “Bu orqanlar arasında halal məhsulların sertifikatlaşdırəlması ilə məşğul olan bir qurum da var. Bu orqan Azərbaycanda dövlət qeydiyyatında olan milli standartın tələbləri əsasında sertifikatlaşdırma aparmağa borcludur. Biz isə, bütövlükdə, həmin məhsulların keyfiyyətinə və təhlükəsizliyinə, sertifikatların yerlərdə alınmasına nəzarət edirik”.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert şərh etdi

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

Prezident İlham Əliyev Millətlər Birliyinin baş katibini qəbul edib - Yenilənib

Ən çox oxunanalar