Bazar ertəsi, 13 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

I Avropa Oyunları ərəfəsində Bakıdakı bütün teatrlar işləyəcək


Teatr mövsümü Avropa Oyunlarından sonra başa çatacaq


"I Avropa Oyunları keçiriləcəyi günlərdə Bakı şəhərindəki bütün teatrlar işləyəcək".

 Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin informasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şıxəmmədov məlumat verib.
Onun sözlərinə görə, teatr mövsümü I Avropa Oyunları bitənədək davam edəcək. Şöbə müdiri bildirib ki, Avropa oyunları keçiriləcəyi müddətdə, bazar ertəsi istisna olmaqla hər gün teatrlarda tamaşalar nümayiş etdiriləcək.

V.Şıxəmmədov vurğulayıb ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı, Dövlət Musiqili Teatrı, GəncTamaşaçılar və Rus Dram Teatrlarında göstəriləcək tamaşalar rus və ingilis dillərində sinxron tərcümə ilə nümayiş olunacaq: "Oyunları izləmək üçün Bakıya gələn qonaqların teatrlara gəlişi könüllü formada olacaq. Mədəniyyət və Turizm Nazirliyinin nəşri olan və hər ay Bakıda fəaliyyət göstərən mehmanxanalara paylanılan “Baku Guide” kataloqunun həmin dövr üçün xüsusi buraxılışı dərc ediləcək. Bu nəşrin qonaqların yerləşəcəyi mehmanxanalarda, tədbirlərin keçiriləcəyi obyektlərdə yayımı nəzərdə tutulub.

Keçiriləcək bütün tədbirlər, Azərbaycana gələn idmançıların və qonaqların buradan xoş təəssüratla ayrılması üçün nəzərdə tutulub". 

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Rusiyanın yeni güc nazirləri: Şoyqu Patruşevi əvəz edib...

Rusiya sərhədçiləri Zəngəzurda keçid məntəqələrini bağlayırlar

Şoyqu Rusiya Təhlükəsizlik Şurasının katibi təyin edilib

Azərbaycanda yığılan vergilərin 32 faizi neft-qaz sektorunun payına düşüb...

Ölkə ərazisində qeyri-sabit hava şəraiti mayın 15-ə qədər davam edəcək

Milli Məclisin sədri Özbəkistana işgüzar səfərə gedib

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

“X”in məhkəmədə uduzması tədqiqat üçün böyük qələbə adlandırıldı

Magistral yollarda görmə məsafəsi məhdudlaşacaq

Dövlət qulluğuna qəbul imtahanında 34 nəfər uğur qazanıb

Ən çox oxunanalar