Çərşənbə axşamı, 14 May 2024
USD : 1.7
EUR : 1.8724
Hava
+25 ° Baku
+18 ° Quba
+17 ° Qusar
+22 ° Gəncə
+27 ° Lənkəran
+32 ° Naxçıvan
+30 ° Salyan
+19 ° Şəki

Həyat yoldaşı: “Əli Kərimin məzarını həbs eləyiblər”


Bu günlərdə Əli Kərimin həyat yoldaşı Elza xanım şairin Göyçaydakı məzarının hasara alınması ilə bağlı müraciəti yayımlandı


Kulis.az məsələ ilə bağlı Elza xanımla əlaqə saxladı. Onun qıs söhbəti diqqətinizə çatdırırıq.
 
- Elza xanım, Əli Kərimin məzarının hasara alınması nə məsələdir?
 
- İcra başçısı başımıza oyun açıb.
 
- Necə oldu ki, vəziyyət bu yerə gəldi?
 
- Anar müəllimlə Fikrət Qoca Göyçaya gəlmişdilər. Rəsul Rza mükafatı verəcəklərmiş. Təbii ki, rayona gələndə icra başçısı ilə də görüş oldu. İcra başçısı fikirləşib ki, Əli Kərimi parkdan çıxarsın, orda fəxri xiyabana qoysun. Fikrət Qoca ailəsi adından razılıq verib. Anar müəllim də deyib ki, lap yaxşı olar, Ənvər Məmmədxanlını da bura gətirmək olar.
 
- Siz onda razı idiniz? Ailənizin adından söz veriblər...
 
- Mən razıydım. Amma Paşa (Əli Kərimin oğlu – red.) çox sərt danışıb icra başçısıyla. Deyib, əl vurma atamın qəbrinə. Sənə atamın qəbrinə əl vurmağı qadağan eləyirəm.
 
- Oğlu icazə vermədiyi üçün icra başçısı hasara alıb məzarı?
 
- Hə... Qırmızı kərpiclə qəbrin ətrafında divar hörüb. Əlini dustaq eləyib o divarların arasına. Əli Kərimin parkın girəcəyində heykəli var. O heykəli də götürüb lap küncə qoyub. Qəbri hasarlayıb, dörd tərəfinə divar çəkib, ev qurub orda, qapısını da bağlayıb. İndi də parkı əyləncə mərkəzinə çevirmək istəyir.
 
- Niyə belə etsin ki? Əli Kərimlə nə qəsdi-qərəzliyi var?
 
- Əli Kərim rəhmətə gedəndə Fəxri xiyabanda dəfn olunmasına icazə vermədilər. Çünki Əli Kərim partiyanın üzvü deyildi. Rəsul Rza Əlini sevən adam idi. Özü də partiyanın üzvüydü. Rəsul Rza o vaxt bu işi üzərinə götürdü. Göyçay qurtaran yerdə park saldılar. Rəsul Rzanın hesabına park salındı. İndi Yazıçılar Birliyində Rəsul Rza kimi kişi yoxdu. Əlinin şeirini sevənlər Əliyə qısqanclıq eləyirlər. Əli haqqında yazıb-pozurlar, amma qısqanırlar həm də. İcra başçısı da tək başına eləyə bilməz bunu. Yəqin arxasında biri var. Əlini sevməyən biri...
 
- Yerli camaatın reaksiyası necə oldu bəs?
 
- Açığı, yerli camaatın nəsə etdiyini eşitməmişəm. Göyçay Qazax deyil. Orda hansısa bir şairin heykəlinə, məzarına bu cür münasibət olsa yəqin ki, reaksiya verərlər. Ancaq Göyçayda ədəbi mühit zəifdir və təəssüf ki, belə məsələlərdə aktivlik göstərmirlər.
 
Mən hər mayın 19-u bu parka gəlirəm. Əli Kərimin ölüm günündə. Ürəyimə dağ çəkiblər. Paşa da yaman əsəbiləşib, sərt cavab verib icra başçısına, toxunmayın deyin atamın məzarına. İcra başçısı da Əli Kərimi türməyə salıb. Yenə deyirəm, inanmıram ki, icra başçısı bu işi öz başına eləsin. Sizi əmin edirəm ki, Əli Kərimi sevənlər də onu qısqanır. Mən Fikrət Qocaya dedim ki, ay Fikrət, niyə Əli Kərimin yubileyini keçirmirsiniz. Fikrət dedi ki, Əli Kərim xalq şairi deyil. Xəlil Rzanın, Məmməd Arazın xanımlarına prezident təqaüdü verirlər. İstəyirlər ki, Əli Kərimi itirələr.
 
- Hər halda məsələ ictimailəşib və yəqin ki, nəticəsi də olacaq.
 
- Öz adımdan ölkə başçısına məktubla müraciət elədim. Eyni hadisə Mikayıl Müşfiqin heykəlinin də başına gəlmişdi. İnanıram ki, bu məsələdə də dövlət öz gücünü göstərəcək. Bizim mədəniyyətimiz, dəyərli imzalarımız yiyəsiz deyil.

pia.az


Etiket:


Digərxəbərlər

General Mövlam Şıxəliyevin 2 milyondan çox əmlakı özünə qaytarıldı - Siyahı

Putinin ilhaq və səfərbərlik qərarı - Bundan sonra müharibənin taleyində hansı faktorlar əsas rol oynayacaq?

Populyar xəbərlər

Ata icra başçısının sürücüsü, oğul şöbə müdiri... - Bakının "göbəyi"ndəki parkda tikintiyə icazə varmı? - Foto

Elçin Yusubovu təhdid edənlər kimlərdir: Əmlak oliqarxları prezidentin Xankəndi nümayəndəsinə qarşı... – Video

Müdafiə Nazirliyində yüksək vəzifəyə təyin olunan şəxs kimdir? - Dosye, Foto

Elmar Məmmədyarov: “Elə bilirsiniz, nazir olduğum dövrdə yalnız maaşla dolanmışam?” - Video

Azərbaycanda baş verən dəhşətli hadisənin təfərrüatı: Azyaşlının bütün bədəni parça-parça olub - Video

“Xarıbülbül” festivalına Laçında yekun vurulub - Yenilənib, Foto

Polkovnik-leytenantla Abel Məhərrəmov arasında qalmaqal: Dəbdəbəli villa, zəbt edilən torpaq sahəsi    

Dəhşətli qəzada həlak olan qazinin görüntüsü - Yenilənib,Video,Foto

Ailəsinin beş üzvünü öldürməkdə ittiham olunan Əhməd Əhmədovla bağlı yekun ekspertiza rəyi açıqlandı

Ən çox oxunanalar