Bu gecə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Göyçay rayonu, Kürdəmiş kəndində avtomobilin su kollektoruna yuvarlanması nəticəsində yol-nəqliyyat qəzası baş verməsi barədə məlumat daxil olub
Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti xəbər verir ki, dərhal nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən xilasediciləri hadisə yerinə cəlb olunaraq avtomobildə sıxılmış vəziyyətdə qalmış 2 nəfəri çıxarıblar.
Onlar aidiyyəti üzrə təhvil veriliblər. Əməliyyat saat 01:37-də başa çatıb.
pia.az